Qadin.NET / Gözaltı qaraltılar üçün maska

Gözaltı qaraltılar üçün maska

 

Gözaltı qaraltılar üçün maska

 

Açıq məsammələr, qış sonrasında saralmış dəri, köhnədən sıxılmış sızanaqlardan qaynaqlanan sızanaq ləkələrinə qarşı effektli maska resepti təklif edilir.

Bizə lazımdır:

1 çay qaşığı balqabağın çəyirdəyi (çiy olaraq)

1 çay qaşığı su və ya süd

Yarım çay qaşığı bal

 

Hazırlanması:

1 çay qaşığı balqabağın çıəyirdəyini əzin, 1 çay qaşığı su və ya südü əlavə edib qarışdırın və balı da əlavə edin.Bunları bir kasaya qoyub 2-3 saat soyuducuda saxlayın.Sonra onu üzünüzə sürtün.Ləkələr, çillər təmizlənənə qədər bunu davam edə bilərsiz.

Balqabaq maskasının faydası:

Həm dərini sıxlaşdıracaq,canlandıracaq.Həm də gözaltı qaralmalara yaxşı gələcək.

 

Gözaltı qaraltılar üçün maska

 

Gözaltı qaralmalar

Xüsusilə xanımların ən böyük problemlərindən biri olan gözaltı qaralmalar üçün bir məlhəm məsləhət görülür.Bu məlhəmi həm içə həm də, buz qəliblərində kiçik buzlar halına gətirərək gözünüzü altına sürtərək faydasını görə bilərsiniz.

Bizə lazımdır:

250 qr. moruq (Moruq yoxsa böyürtkən və ya çiyələk götürmək olar)

100 qr. qatıq

1 yemək qaşığı limon suyu

 

Hazırlanması:

Bütün vəsaiti qarışdırıb blenderden keçirdin.Bu qarışığı həftədə 1-2 dəfə təzə olaraq hazırlayıb, buz qəliblərində dondurun.Bu buz parçalarını üzünüzdə və göz altlarında gəzdirsəniz gözaltı qaraltılardan xilas olmaq olar.Həm də bu qarışıq yalnız qaraltılara deyil, bütün bədəndəki şişi almağa kömək edə bilər.Səhər yeməyindən 20 dəqiqə əvvəl içsəniz daha təsirli olar.

Bu qarışığın içinə 1 çay qaşığı duz əlavə etsəniz bədən pilinqi olaraq istifadə edə bilərsiniz.

20 avqust 2013
GO BACK