Qadin.NET / Sağlam dəri üçün təbii maskalar

Sağlam dəri üçün təbii maskalar

 

Sağlam dəri üçün təbii maskalar

 

Hər bir xanım cavan görünmək, sağlam dəriyə sahib olmaq istəyir. Əslində buna nail olmaq o qədər də çətin deyil. Xanımlarımız sadəcə səbrliə, müntəzəm olaraq bu maskalardan istifadə etməlidirlər.

Üzü dərisini təmizləyən maska:   
1 ç/q şəkər
1 ç/q süd
1 ç/q zeytun yağı
1 ç/q limon suyu 

 Bütün bunları qarışdırıb 15 dəqiqə üzümüzdə saxlamalıyıq. Daha sonra ilıq su ilə yuyuruq.

 

Sağlam dəri üçün təbii maskalar

 

 Səpgilərə qarşı və dərinin hamarlanması üçün maska:
Bir yumurta ağı və yumurta qabığının narın un kimi əzilməsi
1ç/q limon suyu
1ç/q zeytun yağı. 
 Bütün bunları qarışdırıb 15 dəqiqə üzümüzdə saxlamalıyıq. Daha sonra ilıq su ilə yuyuruq. 
Quru dəri üçün maska:
 İki kələm yarpağını xırda halda doğrayıb, sütlə qaynadın.

1 ç/q kəsmik qatıb əzin. Soyuduqdan sonra isə üzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Axırda zeytun yağı ilə üzünüzü silin.

Sağlam dəri üçün təbii maskalar

Çillər və ləkələr üçün;
Bir yumurta ağı

 

2 ç/q çəkilmiş cəfəri

1 ç/q zeytun yağı

1 ç/q smetan

3 damcı limon şirəsi

3 ampula B vitamini və bütün bunları qarışdırıb 1 həftə üzə vurmaq lazımdır.  Daha sonra ilıq su ilə yuyuruq. 
Üzdə olan ləkələr, burun ətrafındakı ləkə və qara nöqtələr üçün maska:
 1 ç/q kabartma tozu

1 ç/q limon şirəsi

Bunları qarışdırıb üzə vururuq. Quruduqdan sonra əllərimizlə ovxalayırıq. Təmiz töküldükdən sonra ilıq su ilə yuyuruq.

Göz altı qaralmalar və şişkinliklər üçün maska:
 2  ç/q kartof suyu

 

1   ç/q buğda və ya zeytun yağı

1 damcı limon suyu.

Bütün bunları qarışdırıb göz altına vururuq. 30 dəqiqə saxladıqdan sonra pambıqla ehtiyyatla silib, ilıq su ilə yuyuruq.

8 avqust 2013
GO BACK