Hamiləlik zamanı qadının orqanizmində hormonal dəyişikliklər baş verir: üz dərisində piqmentasiya pozğunluğu yaranır, yəni dəridə ləkələr əmələ gəlir. Bu hal daha çox hamiləliyin ikinci dövründə baş verir. Hamiləlik zamanı ləkələr alın, yanaq, çənə və dodaq ətrafında yaranır. Belə ləkələrin üstü hamar olur, günəşin şüalarının təsiri nəticəsində bu ləkələr daha çox arta bilər.
*Bir qədər quşüzümü meyvəsindən götürüb əzin, maskanı ləkələr olan hissələrə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Tədricən ləkələr ağarıb tamamilə yox olacaqdır.
*Bir ədəd xiyarı götürüb sürtgəcin xırda gözündən keçirin ya da ki, blenderdə əzin. Maskanı üz dərisinə çəkin, 20-25 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Bu maskanı gün ərzində bir neçə dəfə etmək olar.
*Hər gün üzünüzü qatıqla yuyun. Qatıq ləkələrin ağarmasını təmin edir.
*Limon şirəsi və adi suyu 1:10 həcmində qarışdırıb losyon hazırlayın. Bu losyonla üzünüzü hər gün silin. Tədricən ləkələr ağaracaq və yox olacaqdır.
*Hər gün üzünüzü qatıqla yuyun. Qatıq ləkələrin ağarmasını təmin edir.
*Limon şirəsi və adi suyu 1:10 həcmində qarışdırıb losyon hazırlayın. Bu losyonla üzünüzü hər gün silin. Tədricən ləkələr ağaracaq və yox olacaqdır.
Ləkələrin ağarmasına kömək olacaq bir vasitə də kosmetik gildir.
* Belə bir maska hazırlayın:
1 xörək qaşığı ağ kosmetik gilin üzərinə
1,5 çay qaşığı soda
0,5 çay qaşığı talk
bir az da 3 %-li hidrogen peroksidi əlavə edin.
Qarışdırıb üzünüzə çəkin, 15-20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyun. Dərinizin qurumasının qarşısını almaq üçün üzünüzə qidalandırıcı krem çəkin.
Piqment ləkələrindən bir dəfəlik azad olmaq üçün maska hazırlayın:
Bir və ya yarım xörək qaşığı nişastanın üzərinə bir qədər limon şirəsi əlavə edib qarışdırın. Ləkələrin olduğu yerlərə çəkin. 25 dəqiqə saxlayıb yuyun.
Normal və yağlı dəri üçün maska:
*Qırmızı və ya qara qarağatı əzin, salfeti ona batırıb 10-15 dəqiqəlik təmizlənmiş üz dərisinə qoyun. Bu şirəyə siz həmçinin yumurtanın ağını da qata bilərsiniz. Amma bu zaman maskanı üzdə 20-25 dəqiqə saxlamaq lazımdır. Bu proseduru hər axşam 2 həftə ərzində etmək lazımdır. Bu meyvələrdə, duzlu kələm və limonda olduğu kimi epidermisi təmizləyən çoxlu miqdarda C vitamini var. Ona görə də bu meyvələri içəri də qəbul etmək lazımdır.
*Baş soğanın şirəsini balla 1:1 həcmində qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə saxlayıb nəm salfetlə üzünüzdən silin. Sonra üz dərisini quruluyun.
Xardallı maska:
*Belə maska qan dövranını yaxşılaşdırır, iltihabı götürür, piqment ləkələri ilə yanaşı həm də sızanaqları da aparır. Bu maskanı hazırlamaq üçün bir az xardal tozunu götürüb üzərinə su və ya süd əlavə edib üzünüzə çəkin. Dəriniz qıcıqlandıqda dərhal maskanı yuyun.