Qadin.NET / Günəş ləkələrinin lazerlə müalicəsi

Günəş ləkələrinin lazerlə müalicəsi

Günəş ləkələrinin lazerlə müalicəsi

Yay gələndə hər kəsin tez bir zamanda özünü isti quma, ardından da soyuq sulara atmaq istədiyindən əminəm. Ancaq bütün bu əyləncə zamanı təəssüf ki, həm qadınlar, həm də kişilər dərilərinə lazım olan diqqəti göstərməyi unudurlar. Bu da dəri ləkələrinin ortaya çıxmasına səbəb olur. Keçən illərdən dərinizdə qalan günəş ləkələrinin üzərinə hər il yenilərinin əlavə olunması mənəvi cəhətdən mənfi təsir edir.

Günəş ləkələrinin qarşısını almağın ən yaxşı yollarından biri günəş şüaları altında mümkün qədər çox qalmamaq və ləkələr yaranmadan onlara qarşı tədbirlər görməkdir. Günəşdən qorunmaq üçün kremlərdən istifadə edə bilərsiniz. Ancaq bu zaman yol verilən səhvlər ucbatından yenə pis nəticələr alına bilər.

Günəş ləkələrinin lazerlə müalicəsi

Günəş kremini çölə çıxmazdan 20 dəqiqə öncə çəkməli və iki-üç saatdan sonra yeniləməlisiniz. Yalnız yayda deyil, qış mövsümündə, hətta havanın yağışlı olduğu zamanlarda belə günəş kremindən istifadə etməlisiniz. Geyindiyiniz paltar günəş ləkələrinin əmələ gəlməsinə mane olmaya bilər. Çünki nazik parçadan tikilmiş paltarlar günəşin yalnız görünən şüalarını saxlayır, digər ultrabənövşəyi şüaların dərinizə təmas etməsinə mane ola bilməz.

Əgər dərinizə ləkə çoxdan düşmüşsə və onlardan xilas olmanın yollarını axtarırsınızsa, ən təsirli üsul olan lazer müalicəsinə müraciət edə bilərsiniz. Lazer müalicəsində istifadə edilən şüalar günəşin dərinizdə buraxdığı ləkələri ortadan qaldırmağa istiqamətləndirilir və bir neçə seansdan sonra ciddi nəticələr əldə edilir. Əlbəttə, müalicədən sonra yenə dərinizə diqqət yetirməz və özünüzü qorumasanız, ləkələr yenidən əmələ gələ bilər.

Günəş ləkələrinin lazerlə müalicəsi

Müalicədən sonra həkiminizin tövsiyələrinə əməl etsəniz, ləkələr itəcək. Seansdan sonra heç olmasa bir həftə boyunca günəşə çıxmamağa çalışın. Bir-iki həftə ərzində ləkələrin tamamilə itdiyini görə bilərsiniz. 

3 iyul 2013
GO BACK