Qadin.NET / Meyvəli maskalar

Meyvəli maskalar

Meyvəli maskalar

Xanımlar hər zaman gözəl olmaq istəyir, bəzən ucuz kremlərə aldanıb onlardan istifadə edirlər. Lakin gözəllik üçün ucuz kremləri əsla almasınlar. Belə kremlərin bizim dərimizə zərəri ola bilər. Bunun əvəzinə bazardan, marketlərdən asanlıqla tapıb və ala biləcəyimiz meyvələrdən istifadə etsinlər.

Diqqət!

Ev şəraitində maska hazırlayarkən bizə lazım olacaq qabı, qaşığı, pambığı, nəmləndirici kremi, təmizləyici süd və losyonu yanımızda hazır vəziyyətdə qoymalıyıq. İstifadə edəcəyimiz meyvələrin də təzə olmasına fikir vermək lazımdır. Maska hazırlanan kimi tez istifadə edilməlidir. Saxlamaq olmaz! Xanımlar düşünə bilər ki, bəs hazır maskalar niyə uzun müddət qalır? Onların tərkibində xüsusi qoruyucu maddələr vardır. Hazırladığımız maskanı göz altına çəkmək olmaz. Maska üzümüzdə bir neçə dəqiqə qaldıqdan sonra təmiz pambıqla silinir, sonra losyonla qalan hissələri təmizlənir. Ya da pambıqla sildikdən sonra adi təmiz suyla yumaq lazımdır.

Meyvəli maskalar

Çiyələk maskası 

Bu maska canlandırıcı bir maskadır və quru dərilər üçün effektlidir.

2-3 ədəd çiyələk

1 ç.q nəmləndirici krem

Çiyələklər yaxşıca əzilib kremə əlavə olunur. Qarışığı üzümüzdə 10 dəqiqədən artıq saxlamaq lazım deyil. Üzə də nazik təbəqə şəklində sürtülür. Ayda 2 dəfə istifadə etmək lazımdır.

Meyvəli maskalar

Alma maskası

 Qarışıq dərilər üçündür və yağlı olan nayihələri qurutmur.

 2ç/q alma püresi;

2ç/q nəmləndirici krem.

 Bu qarışığı üzümüzə sürtdükdən 20 dəqiqə sonra təmizləmək və həftədə 2 dəfə etmək lazımdır.

Meyvəli maskalar
Portağal maskası

Normal dərilər üçündür.

Portağal suyu - bir neçə damcı;

2 ç.q nəmləndirici krem.

Kremin üzərinə portağalı sıxıb suyundan bir neçə damcı əlavə edirik. Üzə sürtüb 10 dəqiqə saxlamaq lazımdır. Həftədə 2 dəfə etmək olar.

Meyvəli maskalar
Üzüm maskası

Qarışıq dərilər üçündür. Bu maskanı da eynən portağal maskası kimi hazırlayırsan. Həftədə bir dəfə etmək lazımdır.

Limon maskası

Yağlı dəriyə yaxın normal dərilər və problemli dərilər üçündür.

2 ç.q nəmləndirici krem;

Bir neçə damcı limon suyu.

Bu qarışığı üzdə 5 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Problemlər düzəlincə həftədə 2 dəfə etmək olar.

30 may 2013
GO BACK