Qadin.NET / Qüsursuz dəri üçün 5 qızıl qayda

Qüsursuz dəri üçün 5 qızıl qayda

Qüsursuz dəri üçün 5 qızıl qayda
Qüsurları olmayan, hamar görünən bir dəri hamımızın xəyalıdır... Bunun uğrunda bütün pulumuzu dəriyə qulluq məhsullarına tökür, kim olduğunu belə xatırlamadığımız birindən eşitdiyimiz ev istehsalı maskalar edir, çarələr axtarırıq. Halbuki, doğru qulluq etməklə bu problemlərdən uzaq olmaq mümkündür!
Budur, qüsursuz dəri üçün 5 qızıl qayda!
1.Dərinizi yuxarı doğru hərəkətlərlə təmizləyin!
Üzünüzü təmizləyərkən, ya da gündəlik nəmləndiricidən istifadə edərkən barmaqlarınızı hər zaman yuxarıya doğru hərəkət etdirin. Yəni dairəvi hərəkətlərlə aşağıdan yuxarıya doğru edin. Bu, dəriyə qulluq məhsulunun dərinizə daha tez nüfuzunu təmin edəcək və dəri səthinin çirk, bakteriya və yağlardan xilas olmanıza kömək edəcək.
Qüsursuz dəri üçün 5 qızıl qayda
2.Makiyajınızı aşağı doğru hərəkətlərlə çəkin!
Makiyaj edərkən dəri baxımında etdyimiz hərəkətin tam tərsini etməlisiniz. Yəni aşağıdan yuxarı doğru deyil, bu dəfə yuxarıdan aşağı doğru edin. Bu, makiyajın məsamələrin arasına girməsinə nisbətən mane olacaq və dərinizin ən üst layına oturmasını təmin edəcək.
Qüsursuz dəri üçün 5 qızıl qayda

3.Dərinizi təmizləmədən yatmayın!
Yaxşı və nizamlı dəri təmizliyi qara nöqtələrin və sızanaqların meydana gəlməsinə maneə törədəcək. Amma "Günün sonunda buna enerjim qalmır" desəniz, heç olmasa makiyaj təmizləyici dəsmal vasitəsilə yatmadan dərinizdəki makiyajdan xilas olun!
Qüsursuz dəri üçün 5 qızıl qayda
4.Pilinqə laqeyid yanaşmayın!
Havalar istiləşdikcə dəri daha çox yağ çıxarmağa meylli olur. Daimi pilinq etməklə dəri səthində yığılaraq məsamələri bağlayan və qara nöqtələrin meydana gəlməsinə səbəb olan ölü hüceyrələrdən xilas olacaqsınız. Pilinq dərinizi yeniləyəcək və daha parlaq görünməsinə kömək edəcək.
Qüsursuz dəri üçün 5 qızıl qayda
5.Həftədə bir dəfə dərinizə istirahət verin!
Həftədə bir dəfə dərinizə makiyajsız keçirəcəyi 24 saat verin. Onun da istirahətə ehtiyacı olduğunu unutmayın. Bunun sayəsində həssas və civzəyə meylli olan dəriniz makiyaj vəsaitlərinin tərkibində olan ətirlərdən, qoruyuculardan, yağlardan uzaq bir gün keçirəcək. Bir gün heçdən yaxşıdır.
7 may 2013
GO BACK