Qadin.NET / Daim gözəl simanın sirri

Daim gözəl simanın sirri

 Daim gözəl simanın sirri

Xanımlar daim gözəl, cavan qalmaq istəyir. Elə bir xanım tapılmaz ki, dərisinin gənc, parlaq, təravətli qalması üçün nələrisə etməsin. Həyatda hər şeyə çarə var, bir tək ölümdən başqa. Bunun sirri hər zaman mətbəxdə əlimizin altında olan meyvə-tərəvəz, ağartı məhsulları, zeytun yağı və s. Bütün meyvələrdən mövsümə uyğun olaraq təbii üz maskaları hazırlanır. Mənim sizlərə təklif etdiklərim isə bunlardır:   

Meyvəli üz maskası:

1 ədəd bananın yarısı

1 dilim ananas

2-3 ədəd çiyələk

Hazırlanması: 

Bu meyvələri yaxşıca əzirik, püre halına salırıq. Daha sonra üzümüzə çəkib təxminən 10-15 dəqiqə saxladıqdan sonra ilıq suyla üzümüzü yuyuruq.   

Quru dəri üçün maska:

1 x.q qaymaq

1 x.q kəsmik

1 ç.q limon suyu   

Hazırlanması: 

Bu ərzaqları yaxşıca qarışdırıb üzümüzə çəkirik. 20-25 dəqiqədən sonra ilıq suyla yuyuruq.

 Üzə parlaqlıq verən maska:

1 ədəd yumurtanın sarısı

1 ç.q ilıq süd

1 ç.q bal

Hazırlanması: 

Bunları yaxşıca qarışdırıb üzə, boyun və dekolte hissələrinə çəkirik. Tərkibində bal olduğu üçün eyni zamanda qidalandırıcı maskadır.  

Daim gözəl simanın sirri   

Qidalandırıcı maska:

2 ç.q maya

1 ç.q badam yağı

2-3 damcı limon suyu

Hazırlanması:

Bu qarışığı üzümüzə çəkib 15-20 dəqiqədən sonra ilıq suyla yuyuruq. Tərkibində limon olan maskalar dəriyə təmizləyici və ağardıcı effekt verir.       

Ləkə aparan (ağardıcı) losyon:

1 ədəd kök sürtgəcdən keçirilir, suyu sıxılır. 1 ədəd limonun yarısının suyu çıxarılır. Bu qarışığı hər axşam pambıqla üzə çəkmək lazımdır.   

Yağlı dəri üçün maska:

1 x.q un

1 x.q xama

1 ç.q soda

Hazırlanması:

Bu qarışığı üzümüzə çəkdikdən 10 dəqiqə sonra yuyuruq.

Kərə yağı maskası 

Sadəcə təmiz kərə yağ olmalıdır. Bunu mən özüm istifadə etmişəm. Kərə yağını götürüb dairəvi massaj hərəkəti ilə üzümüzə çəkirik. Quru dərilər üçün daha yaxşıdır. Dərini nəmləndirir, körpə dərisi kimi edir.

Xanımlar, dərimizin qayğısına zamanında qalsaq, zaman bizi yox, biz zamanı üstələyəcik. love

1 may 2013
GO BACK