Qadin.NET / Baş bəlası sızanaqlar

Baş bəlası sızanaqlar

Baş bəlası sızanaqlar

Çox tez-tez qarşılaşdığımız dəri xəstəliklərindən biri olan sızanaqlar adətən yeniyetmə yaşlarında başlayır və müalicə edilməyəndə qalıcı izlər buraxır. Yağlı dərilərdə daha çox özünü göstərər. Adətən 12-18 yaş arasında ortaya çıxmağa başlasalar da həm qadınlarda, həm kişilərdə hər yaşda ola bilən bir xəstəlikdir.
Yeniyetmə yaşlarında dəri altındakı yağ miqdarı artır. Nəticədə dəridə iltihablı, qızarmış səpgilər əmələ gəlir. Ən çox üz, sinə, kürək və boyun hissələrdə olur. Xüsusilə üzdə çıxan sızanaqlar müalicə edilməyəndə üzdə ləkə şəklində qalar və uzun müddət davam edə bilər. Bu da fiziki görünüşə təsir edir və insanın psixologiyasına da pis  təsir etməkdən yan keçməz.

Sızanağın çox fərqli növləri vardır. Bəzən qara ya da ağ nöqtələr şəklində də olur. Bəzən də ağrılı olan böyük şiş ucluq şəklində olur. İltihablı sızanaqlar da vardır. Günəş işığı sızanağın yaxşılaşmasını asanlaşdırar. Ancaq uzun müddət günəş altında qalmaq dəridə ləkə əmələ gətirə bilər. Tərləmək də sızanaqların artmasına səbəb olur. Elə xanımlarımız var ki, sızanaqların üzərini örtmək üçün müxtəlif kosmetik vasitələrdən istifadə edirlər. Bu düzgün deyil. Müxtəlif kosmetik vasitələrdən istifadə sızanaqların daha da çoxalmasına şərait yaradır. Çünki dəri hüceyrələri makiyajla "tıxanır" və dəri nəfəs ala bilmir. Sızanaqları sıxmaq qətiyyən olmaz, çünki həm dəriyə zərər verir, həm də sızanaqları artırır.
Bir neçə faydalı məsləhətləri oxuyaq:

İlk öncə dəri təmizliyinə önəm verilməlidir. Səhər və axşam üzü mütləq yumalıyıq.

Baş bəlası sızanaqlar

Sızanaqlara qarşı bir çox dərmanlar məsləhət görülür. Bu isə məndən xanımlarımıza: 4 həb streptosid, 4 həb  levomisetin, 2 həb nistatin və 95%-li spirt. Həbləri yaxşıca əzirik. Hamısını qatıb spirtin içinə əlavə edirik. 1 gün qaranlıq yerdə saxlayırıq. Gecə yatmazdan əvvəl pambıqla üzümüzdə sızanaq olan yerlərə vururuq. İlk əvvəl yandırma verəcək, amma narahat olmayın. Səhər üzünüzü yuyun. 

3 may 2013
GO BACK