Qadin.NET / Çiyələklə gözəlləşin

Çiyələklə gözəlləşin

 

Çiyələklə gözəlləşin

 

Bu elə bir kosmetik vasitədir ki, hər bir özünə baxan xanım ondan istifadə etməlidir. Çiyələk təkcə dadlı meyvə deyil, onun tərkibində çoxlu miqdarda vitamin və xeyirli maddələr vardır ki, bunlar dəriyə canlandırıcı təsir göstərir. Belə maskanı ev şəraitində hazırlamaq olduqca asandır.

Niyə çiyələk?

-Çiyələyin tərkibində kollagen yaradan mis elementi var. Məhz kollagen dərini cavan və elastik saxlayır.

-Çiyələyin tərkibində minerallar və P ,C vitaminləri var.

-Çiyələyin tərkibində fitosidlər var - bunlar təbii antioksidant hesab olunur.

Bütün bunlar xeyirli çiyələkli maskanı hazırlamağa imkan verir.

Çiyələklə gözəlləşin

Çiyələkli maska reseptləri

Bu maska bütün dəri tipləri üçün münasibdir. O, dərini canlandırır və təravətləndirir.

- 1 neçə böyük çiyələyi götürüb əzin, şirəsini çıxarın.
- Şirəni soyuducuda (buzda) saxlayın.
- Çiyələk buzlarından kosmetik prosedur zamanı istifadə edin.
- Gün ərzində 2 dəfə üzünüzü silsəniz, piqment ləkələri ağaracaq.

Kəsmik və çiyələkli maska

Bu maskanı tətbiq etsəniz, dəriniz cavanlaşacaq.
- 1 xörək qaşığı kəsmiyin üzərinə bir çay qaşığı zeytun yağı, əzilmiş çiyələk qatib qarışdırın. Üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun. Bu maskanı həftədə 2 dəfə etmək lazımdır.

 

Çiyələklə gözəlləşin

Nişastalı çiyələk maskası

1 xörək qaşığı çiyələyin üzərinə yarımçıq yumurta sarısı, nişasta əlavə edib qarışdırın, üzünüzə çəkin. 20 dəqiqə sonra əvvəl isti su ilə, daha sonra soyuq su ilə yuyun. Tədricən dəriniz yumşalacaq.

Çiyələk skrabı

Bu skrab yağlı dəri üçün daha münasibdir. Böyük çiyələyi kefir və bir çimdik dəniz duzu ilə əzib qarışdırın. Üz dərinizə çəkib 10 dəqiqə saxlayın, sonra soyuq ilə yuyun. Əgər dəriniz qurudursa, o zaman kefiri zeytun yağı ilə əvəz edin.

22 may 2013
GO BACK