Qadin.NET / Qırmızı qarağatla gözəlləşin

Qırmızı qarağatla gözəlləşin

Qırmızı qarağatla gözəlləşin
Qırmızı qarağat əsaslı kosmetik maskalar yağlı dəriyə çox gözəl təsir
göstərir: dərini təravətləndirir, sağlam saxlayır, məsamələri
bağlayır. Həmçinin bu maskalar dərini ləkələrdən və çillərdən təmizləyib
ağardır.
Qırmızı qarağat üz dərisini vitaminlər və minerallarla zənginləşdirir: onun
tərkibində dərini ölmüş hüceyrələrdən təmizləyən meyvə turşuları var.
Qırmızı qarağatla gözəlləşin

 Qocalan dəri üçün bərpaedici maska
Bu təravətləndirici və ağardıcı maskanı belə hazırlamaq olar. Bir ovuc qırmızı qarağatı əzib, üzərinə bir çay qaşığı bal əlavə edin, qarışdırın. Üz dərinizə çəkin, 20 dəqiqə saxladıqdan sonra əvvəlcədən limon şirəsi əlavə edilmiş su ilə yuyun, sonra üzünüzə krem çəkin.
Qırmızı qarağatla gözəlləşin

Dərinin qocalmağı əleyhinə maska
Çox böyük olmayan qabda 2 xörək qaşığı qırmızı qarağatı yaxşı-yaxşı əzin. Bura bir xörək qaşığı süd zərdabı əlavə edib qarışdırın, 10-15 dəqiqə saxlayın. Sonra bura bir az yulaf unu (herkules) əlavə edin, qarışdırın. Maskanı üz, boyun dərisinə və dekolte hissəyə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun, ilıq su ilə yaxalayın.
Qırmızı qarağatla gözəlləşin

Qırışlara qarşı cavanlaşdırıcı maska
Bir xörək qaşığı qırmızı qarağatı çox böyük olmayan qabda yaxşı-yaxşı əzin, üzərinə bir qədər bal əlavə edib dayanmadan qarışdırın, üz dərinizə çəkin, 10-13 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.
Əgər sizdə bala qarşı allergiya varsa, bu maskanı üz dərinizə tətbiq etməyin. Balın əvəzinə maskaya kəsmik əlavə edin.
Yağlı dəri üçün təravətləndirici maska
Bu maska məsamələri bağlamaq və dərini təravətləndirmək üçün istifadə edilir.
 1 xörək qaşığı əzilmiş qarağata 1 xörək qaşığı kartof unu əlavə edib
qarışdırın, üzünüzə çəkin ,20 dəqiqə sonra yuyun.
Qırmızı qarağatla gözəlləşin

Üzdəki yağlı parıltını götürmək üçün maska
Qırmızı qarağat üz dərisindən yağlı parıltını aparmağa sizə kömək edəcək.
Bunun üçün bir yumurta ağını 1 çay qaşığı qırmızı qaragat şirəsi ilə
qarışdırın, pambığı bu məhlula batırıb üzünüzə qoyun. 15 dəqiqə sonra pambığı
götürün, üzünüzü yaxalayın və krem çəkin.
Quru dəri üçün maska
Quru, piqmentli və təravətini itirmiş dəri üçün bu maska məsləhətlidir.
Qarağat üzərinə 1 xörək qaşığı xama və ya kefir əlavə
edin, qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqə sonra su ilə yuyun.
Qırmızı qarağatla gözəlləşin

Üz dərisinin ağardılması
Qarağat şirəsi dərini piqment ləkələri və çillərdən təmizləyir. Gün ərzində 2
dəfə ( səhər və axşam ) üzünüzü bu şirə ilə silin. Quru dərini sildikdən
sonra üzünüzə xama çəkin, 10 dəqiqə sonra isti su ilə yuyun.
 
Üz dərisi üçün qırmızı qarağat - qırmızı qarağatı əzib 15 dəqiqəlik üzünüzə
çəkin, əvvəl isti, sonra soyuq su ilə yuyun.
Bu maska dərini ağardır, yağlı, sızanaqlı dəriyə çox gözəl təsir edir.

   1/4 stəkan südü bu miqdarda qırmızı qarağat şirəsinə
qatın, pambığı bura batırıb üzünüzə çəkin. 15-20 dəqiqə sonra pambığı
götürün, dərini azacıq qurudub krem
çəkin.

12 avqust 2013
GO BACK