Qadin.NET / Təmizləyici maskalar

Təmizləyici maskalar

 

Təmizləyici maskalar

 

Təmizləyici maskalar - çox vacib kosmetik prosedurdur. Həftədə iki dəfə üz dərisini təmizləmək lazımdır və kosmetik şirkətlər bunun üçün sizə çoxsaylı skrab, losyon və toniklər təklif edir. Ancaq ev şəraitində əl altında olanlarla təmizləyici maska hazırlamaq mümkündür.

Gil tərkibli təmizləyici maskalar

- dəri tipinizi əsas götürüb maska üçün müəyyən gil seçin.
- mavi və yaşıl rəngli gil yağlı dəriyə uyğundur.
- dəriniz qurudursa, o zaman qırmızı gildən istifadə edin.
-normal və qarışıq tipli dəri üçün çəhrayı gildən istifadə edin.
- dəriniz təravətini itiribsə, o zaman sarı gildən istifadə edin.
- qara gil universaldır və istənilən dəri tipinə uyğundur.
- kosmetik gili siz aptekdən ala bilərsiniz.

 

Təmizləyici maskalar


 

Aşağıdakı qaydalara əməl edib gildən ev şəraitində maska hazırlaya bilərsiniz.

1. Gili soyuq suda həll edin.
2. Üzünüzə səliqəli şəkildə çəkin.
3. 10 dəqiqə sonra üzünüzü yaxşı-yaxşı yuyun.
4.dərinizə nəmləndirici krem çəkin.

Ot tərkibli təmizləyici üz maskaları

- yenə də dəri tipinə uyğun olan ot seçin.
- kalendul (gülümbahar) , çobanyastığı, ayıqulağı, sürvə əsaslı maskalar yağlı dərini təmizləyir.
-itburnu, qızılgül ləçəkləri, nanə və çobanyastığı maskaları quru dərilər üçün münasibdir.

 

Təmizləyici maskalar

 

Aşağıdakı qaydalara əməl edərək ev şəraitində otlardan təmizləyici maskalar hazırlaya bilərsiniz.

1. Otu üyüdün.
2. 2 xörək qaşığı bu otun üzərinə yarım stəkan qaynar su tökün.
3. 15 dəqiqə saxlayın.
4. Suyunu süzün,maskanı isə üz dərinizə çəkin.
5. 15 dəqiqə sonra yuyun.

26 may 2013
GO BACK