Qadin.NET / Yaz fəsli üçün maskalar

Yaz fəsli üçün maskalar

Yaz fəsli üçün maskalar

 

Əziz xanımlar, artıq yaz fəsli vətənimizə öz rəngarəng qədəmlərini basıb. Biz xanımlar hər fəsildə gözəl görünmək istəyirik. Bunun üçün biz öncə öz gözəlliyimizi qorumalıyıq. Bildiyimiz kimi yaz günəşi üz dərimizə daha tez ləkə sala bilir. Bunun üçün müxtəlif maskalardan istifadə edilir. Bu maskalardan bir neçəsini sizə təqdim etmək istərdim. Buyurun!

Tərkibi:

Qızılgül ləçəyi

1 çay qaşıgı un

2 çay qaşıgı xama

1 çay qaşıgı bal

1 çay qaşıgı konyak

 Bunları bir yerdə qarışdırıb məhlul halına salırıq. Sonra bu məhlulu üzümüzə çəkib 30 dəqiqə saxlayırıq və ilıq su ilə yuyuruq. Sonra nəmləndirici kremdən istifad edirik. Bu maskanı 10 gün istifadə etsəniz, təsirini görərsiz.

Yaz fəsli üçün maskalar

 Yaz fəslində cürbəcür ətirli qızılgüllər açdıgı üçün yenə qızılgül maskası təqdim etmək istəyirəm. Bu maskalar üz dərimizi həm təravətləndirir həm də qidalandırır.

Tərkibi:

Qızılgül ləçəkləri

1 ədəd yumurta

4 damcı limon suyu

1 çay qaşıgı xama

 Bu maskanı da eynilə birinci kimi məhlul halına salıb üzümüzdə 30 dəqiqə saxlayırıq. Lakin üz dərisi quru olanlar yumurtanın sarısından, üz dərisi yağlı olanlar isə yumurtanın ağından istifadə etməlidirlər.

 Əziz xanımlar, yorğunluqdan və ya yuxusuzluqdan göz ətrafında qaraltı əmələ gəlir və bizləri çox narahat edir. Bunun üçün də maska təqdim edirəm.

Tərkibi:

1 orta boylu kartof

4 damcı limon suyu

2 çay qaşıgı zeytun 

Yaz fəsli üçün maskalar

 Bu maska həm göz ətrafında əmələ gələn qaraltını aparır, həm də göz ətrafında qırışların əmələ gəlməsini qarşısını alır. Bu maskanı mütəmadi olaraq istifadə etsəniz 100% təsirini görəcəksiniz.

Yaz fəsli üçün maskalar

 Çobanyastığı çiçəyini dəmləyərək soyuducuya qoyub buz halına salırıq. Cəfərini şirəçəkən maşından keçirib buz halına salırıq. Hər gün üzümü buzla masaj edirik. Bu üzümüzdə olan ölü hüceyrələri təmizləyir, qan dövranını tənzimləyir və dərini ağardır.

Sonda onu qeyd etmək istəyirəm ki, çirkin qadın yoxdur, baxımsız qadın var. Hamınıza gözəl və baxımlı olmagı arzu edirəm.

17 aprel 2013
GO BACK