Qadin.NET / Təbii maskalar

Təbii maskalar

Təbii maskalar

Əvvəllər evdar xanımların istifadə etdikləri təbbi gözəllik maskaları yenidən istifadə olunmağa başlayıb. Təbii yollarla dərini qorumaq istəyən qadınların ən böyük köməkçisi əl altındakı meyvə və tərəvəzlərdir.

Gözəllik mütəxəssisi İnci Soydan özünün açdığı gözəllik mərkəzində  hazırladığı təbii maskalarla məşhurluq qazanıb. Ayran, çörək, şabalıd və nar maskaları hazırlayan Soydan indi də lavaş maskası ilə müştərilərinə  gözəlliyin sirrini hədiyyə edir. O, hazırlanan maskalarda təbii vəsaitlərdən istifadəyə üstünlük verir. 

Təbii maskalar

Lavaşın dəriyə çox xeyirli olduğunu vurğulayan Soydanın dediyinə görə, lavaş əvəzedilməz antioksidan ilə zəngindir. Qaynadıqdan  sonra qurudularaq əldə edilən lavaşda antioksidan dəyəri artır. Hazırlayacağımız maska qarışıq həssas dərilər üçün yaxşı sərinləşdiricidir. Bu qarışığı eyni zamanda gəncləşmək üçün də istifadə etmək olar. Təbii qidalarla  hazırlanan  maskaların dəriyə böyük xeyir verdiyini  bildirən Soydan onu da qeyd edir ki, bu maska bir dəfəyə  öz nəticəsini vermir. 3 seans, 6 seans və bəzən də 10 seansa istədiyimiz nəticəni ala bilərik. Elədiklərimizdən  sonra əgər dəridə sızanaq varsa, sağaltmaq üçün bunları etməliyik. Dərinizdə deformasiyaya uğramış sızanaq  və bir qədər solğunluq varsa, bunu bütövlüklə düzəldirik. Amma bu hər dəri növünə görə dəyişir. Bunu tək maska olaraq işlətmirik.  

Təbii maskalar

 Quru dərilər üçün maska.

1 yumurta sarısı

1 qaşıq yağsız süd tozu

1 qaşıq təzə süd

0.5 qaşıq bal

Hazırlanması:

Ərzaqların hamsını qarışdırın. Mayonez halına gələnə qədər çalın, sonra üzünüzə və boynunuza qalın şəkildə çəkin. 15 dəqiqə saxladıqdan sonra isti suyla təmizləyib, sonra soyuq su ilə yuyun. 

Meyvəli üz maskası:

1 ədəd banan

1 ədəd ananas

2-3 çiyələk

Hazırlanması:

Banan,ananas və çiyələkləri əzib üzünüzə çəkin, 10-15 dəqiqə saxlayın sonra soyuq suyla yuyun.

Təbii maskalar

Üzə parlağlıq verən maska.

1 yumurta sarısı

1 çay qaşığı ilıq süd

1 çay qaşığı bal 

Hazırlanması:

Bunları qarışdırıb üzünüzə, boynunuza çəkin 20 dəqiqə  saxlayın. Sonra ilıq suyla yuyun.

Əziz xanımlar! Hər birinizə gözəl və baxımlı olmağı arzu edirəm.

14 aprel 2013
GO BACK