Qadin.NET / Şəkər tozu ilə üzə qulluq

Şəkər tozu ilə üzə qulluq

Şəkər tozu ilə üzə qulluq

Dərinizdə yaranan qırışları, sızanaqları, qara nöqtələri evdə hazırlayacağınız şəkər tozu müalicəsi ilə yox edə bilərsiniz. Şəkər tozunun dəriniz üzərindəki təsiri bununla kifayətlənmir. Şəkər tozu  ilə hazırladığınız müalicə üsulu dərinizdəki ölü dəriləri yenidən canlandırır və dərinizin itirdiyi nəmi yenidən geri qazanmasını təmin edir.

Maska 1

1 yemək qaşığı zeytun yağı
3-4 yemək qaşığı şəkər tozu
 1 çay qaşığı portağal yağı
  1 çay qaşığı badam yağı
1 çay qaşığı lavanda yağı
Hazırlanması:

 Şüşə kasa içərisinə 4 yemək qaşığı toz şəkəri və zeytun yağını əlavə edərək yaxşıca qarışdırın. Karamel şəklində bir qarışıq əldə etdiyiniz zaman içərisinə portağal yağı, lavanda yağı və badam yağından 1 çay qaşığı əlavə edərək yaxşıca  qarışdırmağa davam edin. Əlinizdə olan yağların hamısından istifadə etmək istəmirsinizsə, yalnız birini və ya istədiyiniz qədər əlavə edə bilərsiniz.
Əldə etdiyiniz karamel məhlulu dərinizə dairəvi şəkildə  2-3 dəqiqə ərzində masaj edin, 1-2 dəqiqə gözləyin. Sonra ilıq su ilə üzünüzü yaxalayın və yumşaq dəsmalla qurulayın.

Maska 2

2 çay qaşığı şəkər tozu
1 çay qaşığı süd
1 çay qaşığı zeytun yağı
Hazırlanması:

Bütün vəsaitləri şüşə kasada qarışdırın. Göz və dodaq ətrafından başqa bütün üzünüzə sürtün. Barmaq uclarıyla yüngülcə basaraq masaj edin. Arxası üstə uzanıb 15 dəqiqə gözləyin, sonra üzünüzü ilıq suyla yuyub qurulayın. Üzünüzdəki ölü dəriləri yox edən bu pilinqin tərkibindəki süd və zeytun yağı cildinizi  bəsləyəcək.

9 aprel 2016
GO BACK