Qadin.NET / Kəsmiklə gözəlləşin

Kəsmiklə gözəlləşin

Kəsmiklə gözəlləşin

Kəsmik tərkibli maskalar 

Kəsmik tərkibli maskalar dərini tonusda saxlamağa kömək edən, vaxtından əvvəl qocalmanın qarşısını alan və hətta ləkə problemini aradan götürə bilən çox gözəl bir kosmetik vasitədir. Bundan əlavə, kəsmik istənilən dəri tipinə uyğundur, istənilən marketdə satılır və ev şəraitində ondan maska hazırlamaq çox asandır.

Quru dəri üçün maska 

* 1 xörək qaşığı yağlı kəsmiyə 2 xörək qaşığı isti süd əlavə edib üz dərisinə çəkin, 20 dəqiqə sonra isti suyla yuyun.

* Kökü xırda-xırda rəndələyin, üzərinə eyni miqdarda yağlı kəsmik, 2 çay qaşığı zeytun yağı əlavə edib qarışdırın üzünüzə çəkin və 20 dəqiqə sonra isti su ilə yuyun.

Yağlı  dəri üçün maska

* 1 xörək qaşığı yağsız kəsmiyi eyni miqdarda doğranmış turşənglə qarışdırın, ora 1 yumurta ağı, 1 çay qaşığı bal və limon şirəsi əlavə edib yenə qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.

* 1 xörək qaşığı kəsmiyi eyni miqdarda doğranmış cəfəri ilə qarışdırın,ora turş süd əlavə edib üzünüzə çəkin,15 dəqiqə sonra ilıq su ilə yuyun.

Kəsmiklə gözəlləşin

Qarışıq dəri üçün maska

  1 xörək qaşığı kəsmiyi eyni miqdarda duzlu kələmlə qarışdırın və ora bir az qara çörək, 2 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı gülümbahar çiçəyinin məhlulunu əlavə edib qarışdırın, üzünüzə çəkin və 15 dəqiqə sonra soyuq su ilə yuyun.

Hər növ dəri üçün maska

1 ədəd bananı əzin, 1 xörək qaşığı əzilmiş banan üzərinə 1 xörək qaşığı kəsmik, 2 xörək qaşığı isti süd əlavə edin, qarışdırın. Maskanı üzünüzə çəkin, 20 dəqiqə saxlayın və isti su ilə yuyun.

Kəsmiklə gözəlləşin

Hər növ dəri üçün ağardıcı maska.

* 1 xörək qaşığı kəsmiyi 1 xörək qaşığı cəfəri şirəsində qarışdırın, üzünüzə çəkin və 20 dəqiqə saxlayın.
* Cəfəri şirəsi əvəzinə cəfəri dəmləməsi də istifadə edə bilərsiniz. Bunun üçün 2 xörək qaşığı doğranmış cəfəri üzərinə 1 stəkan qaynar su tökün. Yarım saat qaynadın, sonra soyudub süzün.
Ağardıcı effektə malik digər bir maska : 1 xörək qaşığı kəsmik və 1 xörək qaşığı cəfərini ( şirəsi ya da dəmləməsi ) qarışdırın. Yağlı dərili xanımlar yaxşı olar ki, kəsmik əvəzinə turş süddən istifadə etsinlər.

Unutmayın, maskalardan kortəbii şəkildə istifadə etmək olmaz!... İstifadədən əvvəl həkim məsləhəti əsas şərtdir.

1 iyun 2013
GO BACK