Portağal təkcə xeyirli, vitaminlərlə zəngin dadlı meyvə deyil, həm də maskalar hazırlamaq üçün əla vasitədir. Portağal tərkibli kosmetik maskalar dərini çox gözəl qidalandırır və nəmləndirir. Belə maskaların istifadəsindən sonra dəriniz təravətli, rəngi daha sağlam olacaq, qırışlar isə hamarlaşacaq. Bundan əlavə, portağal tərkibli maskalar hazırlamaq olduqca asandır.
Dəri rəngini yaxşılaşdıran maska
1 xörək qaşığı qurudulmuş cökə ağacının çiçəkləri üzərinə 3 xörək qaşığı təbii portağal şirəsi əlavə edin, 10 dəqiqə saxlayın. Sonra ora yarım xörək qaşığı bal, 2 xörək qaşığı yoğurt və 1 çay qaşığı limon şirəsi qatıb qarışdırın. Maskanı üz dərinizə çəkin, 10 dəqiqədən sonra əvvəl isti, sonra soyuq su ilə yuyun.
Müxtəlif dəri tipləri üçün maskalar
Portağalın qabığını soyub içini əzin, üz dərinizə çəkib üzərinə tənzif və ya salfetka qoyun. 20 dəqiqədən sonra isti su ilə yuyun.
Müəyyən miqdarda təbii portağal şirəsi ilə yağsız xamanı qarışdırın. Bu maskanı üz dərinizə çəkin, 15 dəqiqə sonra soyuq su ilə yuyun.
Quru dəri üçün maska
Qurudulmuş portağal qabığını toz halına qədər əzin, ora eyni miqdarda ( 2 çay qaşığı ) kəsmik, kətan yağı və 1 xörək qaşığı tünd çay əlavə edib qarışdırın. Maskanı üz dərinizə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.
Yağlı dəri üçün maska
1 ədəd qırmızı portağalın şirəsini çəkin, ora 1 ədəd çalınmış yumurta ağı və 1 xörək qaşığı qarğıdalı unu əlavə edib qarışdırın. Maskanı üzünüzə çəkin, 15 dəqiqə sonra soyuq su ilə yuyun.
Normal dəri üçün maska
1 xörək qaşığı üyüdülmüş yulaf topaları ( Herkules ) üzərinə 1 xörək qaşığı təzə süd qatın, sonra ora 3 xörək qaşığı təbii portağal şirəsi əlavə edib qarışdırın.Maskanı üz dərinizə çəkin. 20 dəqiqə sonra isti su ilə yuyun.
Təmizləyici, cavanlaşdırıcı və biostimullaşdırıcı maska