Qadin.NET / Zanbaq gülü ilə gözəlləşin

Zanbaq gülü ilə gözəlləşin

Zanbaq gülü ilə gözəlləşin 

Zanbaq gülü təmizlik və məsumluq gülüdür. Dərini ağartmağa kömək edir. Heç də hamı bilmir ki, zanbaq gülü dərini ağarda bilir. Bu güldən hazırlanan maskalar ləkələrdən və çillərdən azad olmağa kömək edir. Lakin bu gülü kosmetik məqsədlər üçün istifadə edərkən ehtiyatlı olun. Zanbaq kifayət qədər güclü bir kosmetik vasitədir.
 Zanbaq gülündən ağardıcı maska: 

Zanbaq gülünün ləçəkləri üzərinə qaynar su tökün, təxminən 50 dəqiqə saxlayın, sonra suyunu süzüb bu ləçəklərdən özünüz üçün maska hazırlayın, üzünüzə çəkin, 10 dəqiqədən sonra maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə təkrar edin.

Zanbaq gülü ilə gözəlləşin

Çillər üçün maska: 

Zanbaq gülündən özünüz üçün xüsusi məlhəm hazırlayın. Bunun üçün eyni miqdarda bal, ağ mum və ağ zanbaq gülünün şirəsini götürüb qarışdırın. Bu tərkibi məlhəm əmələ gələnə qədər qızdırın, ondan sonra məlhəmi soyudun. 
Hər axşam kremi dərinin piqmentli hissələrinə çəkin. 

Zanbaq gülündən quru dəri üçün maska: 

 Ağ zanbaq gülünün ləçəkləri üzərinə zeytun yağı tökün, bunu 14 gün ərzində quru və soyuq yerdə saxlayın. 14 gündən sonra bunun üzərinə 1 çay qaşığı limon şirəsi, 1 yumurta sarısı, 1 xörək qaşığı bal əlavə edib qarışdırın. Bu maskanı üz dərinizə çəkin, 15 dəqiqədən sonra isti su ilə yuyun.  

Zanbaq gülü ilə gözəlləşin 

Zanbaq gülünün ləçəklərindən tonik: 

 Bu tonik sızanaqlarla mübarizədə sizin əvəzedilməz köməkçiniz olacaq. Bir qədər ağ zanbaq gülünün ləçəklərinin üzərinə (1:1 nisbətində) araq əlavə edin, soyuq və quru yerdə 14 gün saxlayın. Qıcıqlanmış dərini yatmamışdan əvvəl bu losyonla silmək lazımdır.

5 aprel 2013
GO BACK