Bananla hazırlanan maskalar dərinin rəngini yaxşılaşdırır və dərini sızanaqlardan, qızartılardan azad edir. Tərkibində C və E vitaminləri olan bu meyvə dəriyə çox gözəl təsir edir. Bananın tərkibində olan meyvə turşuları dərini ölmüş hüceyrələrdən təmizləyir. Buna görə də bananlı maskalar dərini cavan saxlamağa kömək edir. Təsadüfi deyil ki, belə maskalar müasir kosmetologiyada çox tələb olunandır.
Bütün növ dəri üçün bananlı maska reseptləri:
Təravətləndirici bananlı maska
1 ədəd bananı əzib, 1 xörək qaşığı zeytun yağı ilə qarışdırı, üz dərinizə çəkin. 10 dəqiqədən sonra maskanı isti su ilə yuyun.
Yumurta sarısı ilə banan maskası
1 yumurta sarısını əzilmiş yarımçıq təzə bananla qarışdırıb üzərinə 1 çay qaşığı zeytun yağı əlavə edin. Üz dərinizə çəkin. 15 dəqiqədən sonra maskanı isti su ilə yuyun.
Sızanaqlara qarşı banan maskası
1 dilim portağalı və yarımçıq bananı yaxşı-yaxşı əzib qarışdırın və bunu üz dərinizə çəkib 20 dəqiqə saxlayın. Daha sonra maskanı isti su ilə yuyun.
Cavanlaşdırıcı maska
1 ədəd bananı sürtkəcin xırda gözündən keçirin, üzərindən 1 xörək qaşığı götürüb 2 xörək qaşığı yoğurt, 1 çay qaşığı bal və 1 çay qaşığı yulaf unu ilə qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.
Qırışları aparan maska
Bu maska dərini hamarlaşdırır və cavanlaşdırır. 1 çay qaşığı banan və alma püresini, 1 çay qaşığı zeytun yağını və 1 ədəd yumurta sarısını qarışdırın. Üzərinə az miqdarda un əlavə edin. Sonra maskanı üz ,boyun və dekolte hissəsinə çəkin. 20 dəqiqə sonra isti su ilə yuyun. Maskanı 1 ay ərzində 3-4 gündən bir etsəniz, yaxşı nəticə əldə etmiş olacaqsınız.
Unutmayın! Maskalardan kortəbii istifadə etmək olmaz!... İstifadədən əvvəl həkimlə məsləhətləşmək əsas şərtdir.