Qadin.NET / Ev üsulu pilinq

Ev üsulu pilinq

Dəri üzərindəki hüceyrələr zamanla ömrünü tamamlayıb ölür.Üz bölgəsində ölən hüceyrələr dərinin qalınlaşmasına,qırışmasına və çatların daha da dərinləşməsinə səbəb olur. Buna görə də üzdəki ölü hüceyrələrdən xilas olmaq üçün pilinq əməliyyatı tətbiq edilir. Buradan da aydın olur ki, pilinq - dərini ölü hüceyrələrdən təmizləmək əməliyyatıdır.

Üz dərisi daha həssas və möhkəmdir .Ölü hüceyrələr üz dərimizdən bədənimizdəki kimi asanca təmizlənə bilməz.Qırışların dərinləşməsinin, dərmizin kobudlaşmasının qarşısını almaq üçün həftəlik baxım kimi təmizləyici "pilinq" əməliyyatı tətbiq edilməlidir.

Dəri baxımımız üçün son dərəcə faydalı olan pilinq üsulunu hər hansı bir gözəllik mərkəzində etdirə bilmirsinizsə, evdə özünüz pilinq maskaları hazırlaya bilərsiniz.Bunun üçün mətbəxinizdə olan bir neçə vəsaiti bir araya gətirərək möcüzə pilinq maskaları ortaya çıxara bilərsiniz.

Ev üsulu pilinq

Xiyar pilinqi üçün:

Xiyarın dəri baxımındakı əhəmiyyətini müzakirə etmək yersizdir.Dəridəki bütün problemlərə faydalı olan xiyardan pilinq üçün də istifadə edilir.Bunun üçün bir kasanın içinə 1 çay qaşığı limon suyu ,1 ədəd yumurtanın ağını qoyun və çəngəllə çırpın.Bir ədəd xiyarı dilimləyib blenderdən keçirin.Püre halına gəlmiş xiyarı bir tənzifin içinə qoyun və süzgəcə qoyun ki, bir qabın içinə süzülsün. Sonra süzdüyünüz xiyarı limonla yumurta ağı qarışığının içinə əlavə edin və qarışdırın. Saxlamadan bütün qarışığı dərinizə barmaq uclarınızla masaj edirmiş kimi sürtün və 20 dəqiqə gözləyin .Sonra soyuq su ilə yuyun.

Ev üsulu pilinq
Qəhvəli pilinq üçün:

1) Zeytun yağı ilə türk qəhvəsi eyni ölçüdə götürülür və yaxşıca qarışdırılır.Sonra bu qarışığı dəriyə masaj edilərək sürtülür.10 dəqiqədən ilıq su ilə yuyulur.Qəhvə dəridəki qan dövranını yaxşılaşdırır, zeytun yağı isə dərini nəmləndirir.

2) Bir çay qaşığı türk qəhvəsi və 2 çay qaşığı yaşıl çay (dəmlənmiş) qarışdırılıb dəriyə yavaş-yavaş masaj edərək sürtülür .5 dəqiqədən yuyulur.

Ev üsulu pilinq

Qarğıdalı unu su ilə qarışdırılıb 4-5 dəqiqəlik masajla dəriyə sürtülür və 10 dəqiqədən soyuq su ilə yuyulur.

Ev üsulu pilinq

Bir çay qaşığı limonu iki çay qaşığı təmiz su ilə qarışdırıb pambıq vasitəsilə üz dərinizə sürtüb 5 dəqiqədən sonra yuya bilərsiniz .

Bu maska yağlı dərilər üçündür. Dəridəki yağı tənzimləyir.

Ev üsulu pilinq

Çənə,burun üstü,ön yanaqlarda əmələ gələn qara nöqtələr üçün ev pilinqi:

1 çay qaşığı gil ,1 çay qaşığı qarğıdalı unu və hər hansı bir nəmləndirici kremdən bir çay qaşığı qoyub qarışdırın.Bu qarışığı dərinizə sürtüb 5 dəqiqə qədər çox basmadan barmaq uclarınızla ovun.5 dəqiqə masaj edərək sürtdükdən sonra ilıq su ilə yuyun.Gündə yalnız 1 dəfə etməniz kafi olan pilinq bir həftədə qara nöqtələrinizi yox etməklə yanaşı, dərinizi də parladacaqdır.

Ev üsulu pilinq

C vitamini ehtiyatı olan portağal ən yaxşı enerji yüksəldici olan bal ilə hazırlayacağınız təbii pilinq sayəsində dərinizdəki fərqi görəcəksiniz.
2 yemək qaşığı qurudulmuş portağal qabığı rəndəsi,2 yemək qaşığı yulaf əzməsi,1 çay qaşığı bal və 1 yemək qaşığı su.Bütün bu vəsaitlər qarışdırılır.Əldə edilən qarışığı üzünüzə pilinq kimi tətbiq edin. Üstəlik, bədəninizin hər yerində etibarla istifadə edə bilərsiniz.
 

 Əziz xanımlar, hər zaman xoşbəxt və təbii ki,baxımlı olun.

24 mart 2013
GO BACK