Vitiliqo (dəridə ağ ləkələr), Çillərə qarşı vasitələr.
Dəridə ağ ləkələrə qarşı:
BERQAMOT. Bu həmin ətirli meyvədir ki, bahalı çay növlərinə özünə məxsus dad və qoxu verir. Çox-çox qədimdən "ağ dəmrovu"(vitiliqonu) müalicə etmək üçün istifadə olunmuşdur.
Ondan hazırlanan yağı dəridə olan piqment ləkələrinə çəkirlər. Sonra zədələnmiş yerləri günəş şüaları və ya kvarts lampası altında tuturlar.
CİRƏ. Bu bitkinin ədviyyəli toxumlarından hazırlanan yağ berqamot kimi istifadə edilir: yəni dəriyə çəkirlər, sonra günəş şüaları altında tuturlar. Cirəni xırdazirə və ya razyana ilə əvəz etmək olar.
Ç i l l ə r
ZƏNCİROTU. Bu bitki tanınmış və çillərə qarşı faydalı vasitədir. 4 çay qaşığı zəncirotu kökünü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirirlər. Hazırlanmış həlimi soyudurlar və filtrdən keçirərək mütəmadi dəriyə çəkirlər.
BAŞ SOĞAN. Baş soğanı kəsərək, bir neçə dəfə dəriyə çəkin. Ancaq təzə kəsilmiş soğan fayda verir.
CƏFƏRİ. Təzə cəfəri yarpağlarını əzərək, dəriyə qoymaq lazımdır. Proseduranı gündə 2 dəfə yerinə yetirirlər.