Qadin.NET / Dəriyə parlaqlıq verən maskalar

Dəriyə parlaqlıq verən maskalar

Hər gün dərimiz xarici təsirlərə məruz qalaraq öz parlaqlığını itirir. Bəs dərimizin parlaqlığını necə qaytara bilərik? Bu, çox asandır. Sizə təqdim edəcəyim maskalarla bunu edə bilərsiniz. Çox sadə maskalardır. Buyurun baxın. 

 

Dəriyə parlaqlıq verən maskalar

 

Dəriyə parlaqlıq verən bal maskası 

3 yemək qaşığı portağal suyunu bal ilə qarışdırın. Yarım saat  saxlayın. Yarım saatdan sonra üzünüzə vurun və 30 dəqiqə saxlayın.  Sonra ilıq su ilə yuyun. Əgər dəriniz qurudursa, yumşaqlıq vermək üçün bir damcı badam, yaxud zeytun yağı əlavə edə bilərsiniz.

 

Dəriyə parlaqlıq verən yumurta maskası 

1 yumurtanın sarısını 1 yemək qaşığı bal və 1 yemək qaşığı zeytun yağı ilə qarışdırın. Bu tərkibi qatı hala gələnə qədər qarışdırın. Əgər tərkib çox qatı olarsa, 2-3 damcı su əlavə edə bilərsiniz. Maskanı üzünüzə vurduqdan 15-20 dəqiqə sonra yuya bilərsiniz. 

Dəriyə parlaqlıq verən maskalar

Dəriyə parlaqlıq verən cobanyastığı maskası 

Bir qədər çobanyastığını qaşıqla əzərək, 1 yemək qaşığı bal əlavə edin. Çobanyastığını əzmək üçün blendrdən istifadə etsəniz, daha da effektli nəticə əldə etmək olar. 1 yemək qaşığı qatıq (dəriniz yağlıdırsa, yağsız, qurudursa, yağlı qatıq) əlavə edirik. Maskanı üzünüzə vurduqdan 20 dəqiqə sonra yuya bilərsiniz.

5 mart 2013
GO BACK