Qadin.NET / Canlandırıcı üz maskaları

Canlandırıcı üz maskaları

Canlandırıcı üz maskaları


Cildinizə elastiklik və təravət bəxş etmək istəyirsinizsə orta ölçülü kökü sürtgəcdən keçirdin üzərinə doğranmış(həvəngdəstədə döyülmüş də olar) cəfəri və bu qarışımı kaşa halına gətirə biləcək qədər süd əlavə edin. Daha sonra üzünüzə çəkib 15 dəqiqə uzanın. Maska ilıq su ilə yuyulmalıdır.
 

 

Soyuq havadan qıcıqlanan, günəşdən qızaran və s. kimi problemlı dəri tipinə sahib olan xanımlarım mütləq noxud unundan istifadə etməlidirlər. Nəxud ununu evdə də hazirlaya bilərsiniz. Bir neçə noxudu kofemolkada üyüdün daha sonra bir neçe dəqiqəlik mikrodalğalı sobada qurudun, sonra üzərinə 1 çay qaşığı xama və 1 çimdik duz əlavə edib gözaltı nahiyəsi xaric olmaqla üzünüzə çəkin, 15 dəqiqədən sonra maskanı su ilə təmizləyin. 

Almanı sürtgəcdən keçirin üzərinə 1 qaşıq qaymaq əlavə edib üzünüzə çəkin, 15 dəqiqədən sonra üzünüzü yuyun. Bu maskanı həftədə 1 dəfə edə bilərsiniz.

 Yaş ötdükcə dəri öz elastikliyini itirir, xüsusilə çox kilo vermiş xanımların dərisi sanki sallaq olur. Bunun qarşısını almaq üçün 1 yumurta ağina 1 çay qaşığı qənd tozu əlavə edib üzünüzə barmaqlarınızın ucunda sanki yedirirsiz, 15 deqiqədən sonra su ilə yuyun. 

Quru və normal dərili xanımlar 1çay qaşığı bal, 1çay qaşığı xama və 1 cay qaşığı qreypfrutun sokunu qarışdırıb üzlərinə çəkərək 15 dəqiqədən sonra yuya bilərlər. Maska üzə xüsusi canlılıq və təravət bəxş edəcək.

18 oktyabr 2010
GO BACK