Qadin.NET / Qışda dodaqlara qulluq

Qışda dodaqlara qulluq

Dodaq üçün gigiyenik pomada

Tərkibi:

30 qr. yağ-kakao

7.5 qr. istənilən bitki yağı

Hazırlanması: 

  Bütün komponentləri qızdırın, qarışdırın və çini qaba tökərək sərin olan yerdə saxlayın. Dodaqların qırmızı haşiyəsinin qocalmasından qaçmaq üçün dişləri təmizləyən zaman diş fırçası ilə dodaqları döyəcləmək və sonra quru dəri üçün olan kremlə yağlamaq lazımdır.

 

Dodaq quruyan zaman onun üçün olan maskaların tətbiqi çox gözəl effekt vermiş olur.

Dodaq üçün kök maskası

Tərkibi:

1 ç/q süzmə

1 ç/q kök şirəsi

Hazırlanması:

Kökü xırdalayın və süzgəcdən keçirilmiş süzmə ilə qarışdırın.

İstifadəsi:

Alınmış kütləni hər axşam dodaqlara çəkin. Bal, xiyar və ya kök şirəsindən də istifadə etmək olar. 

Qışda dodaqlara qulluq

   Bədənin digər orqanları kimi dodaqlar da qulluq tələb edir. Axşam dişlərinizi təmizləyəndən sonra diş fırçasını yuyun və diş ətini masaj edin. Bu prosedurlar dodaqların qan dövranını yaxşılaşdırır və onların təbii təravətini qoruyub saxlayır.

    Əgər dodaqlar çatlayır və ya qanayırsa, rəngsiz gigiyenik dodaq boyasından, axşamlar isə sinkli mazlardan istifadə etmək vacibdir.

   Dodaqların qırmızı haşiyəsi tutqun hava şəraitində və aşağı temperaturda dəyişir. Belə olan halda dodaqlarda solğunluq, çapıq və xırda çatlar əmələ gəlir. Bunun nəticəsində də dodaqları yalama və ağız suyu ilə islatma vərdişi yaranır. Dodaqları xarici qıcıqlanmalardan və təsirlərdən qorumaq lazımdır. Bu məqsədlə onları gündüz və gecə yağlamaq faydalıdır.

  Bunun üçün ev şəraitində hazırlaya biləcəyiniz vasitələrdən də istifadə etmək olar. Belə ki, dodaq üçün maz və ya dodaq boyası təmiz və təzə piydən hazırlanmalıdır.

Qışda dodaqlara qulluq
                                    Dodaqlarda yaranan çatlar haqqında qədim dövrün loğmanı İbn Sinanın məsləhətlərindən:

Dodaqlarda çatlar küləkdən, istidən və ya soyuqdan, yaxud insan bədənindəki quruluqdan yarana bilər.

Çatları yox etmək üçün dodaqları mumdan hazırlanmış mazlardan, piylərdən, ilikdən hazırlanmış məhluldan və ya lanolinli qızılgül yağından istifadə etmək olar.

 Dodaq çatlarının qarşısını almaq üçün dodaqlara yumurta, sarımsaq və ya soğan qabığını yapışdırmaq olar.

Çatların müalicəsində istifadə olunan dərman yumşaltma və həlimlik yaratma xüsusiyyətlərini özündə birləşdirməlidir. 

Dodaq çatlarına buğda cövhəri, bağayarpağı şirəsi, un və yumurta ağı ilə qarışdırılmış püstə və qızılgül, bal ilə dana və ya qaz piyi çəkilir. Qurğuşun oksidi əlavə olunmuş gül yağı ilə mumdan hazırlanmış mazdan da istifadə olunur.Yaxşı qızdırılmış toyuq və ya qaz piyinin bal ilə qarışığı, üzüm çöküntüsü və terpentin ağacının qətranı da əla effekt verir.

24 fevral 2013
GO BACK