Qadin.NET / Qadınlarda dəri xəstəlikləri

Qadınlarda dəri xəstəlikləri

Qadınlarda dəri xəstəlikləri

Qadınlarda daha çox rast gəlinən dəri xəstəliklərinin yaranma səbəbləri:

Qadınlarda ən çox təsadüf olunan dəri xəstəlikləri allergiya ilə əlaqədar olan dəri xəstəlikləridir. Bunlara əsas aid olan neyrodermitlər, kontakt dermatitlərdir. Qadınlarda əsəb-sinir sistemi daha həssasdır və buna görə də dəri xəstəliklərinin çoxu mərkəzi sinir sistemi ilə əlaqədar olduğundan bir az həssas xanımlarda dəridə bu və ya digər şəkildə özünü büruzə verir. Məsələn, dəri səthində qızartılar, əsasən üz nahiyəsində səpkilər, simmetrik olaraq əl və ayaqlarda, oynaqların açılan yerlərində qızartılar və səpkilər müşahidə olunur.  Əlbəttə, bu zaman ancaq dermatoloqun verdiyi müalicə xanımlar üçün qaneedici deyil. Eyni zamanda onlar nevropatoloqla da məsləhətləşib ümumi müalicə almalıdırlar ki, dermatoloqun verdiyi müalicə öz nəticəsini göstərə bilsin. Bundan başqa biz bilirik ki, xanımlarımız yeməyə, şirniyyata daha düşkün, daha həssasdırlar. Yəni bu zaman qida allergiyası baş verir. Bədən nahiyəsində eritrazmanlar (dəridə qızartılar), köpüşüklər, qaşıntı, hətta çox zaman daxili orqanlarda, məsələn, nəfəs yollarında ödem (yəni şiş) əmələ gəlir ki, bu da nəfəs almanın çətinləşməsinə səbəb olur. Bunun üçün ilk öncə qadına sistemlər (antiallergik antiqistamin) qoşulur.

Qadınlar çox ciddi pəhriz saxlamalı, bir sözlə daxildən bütün bədən allergenlərdən təmizlənməlidir.

Qadınlarda dəri xəstəlikləri

Hamiləlik zamanı yaranan dəri xəstəlikləri:

Hamiləlikdə ən çox piqment ləkələri yaranır. Çox təsadüfi hallarda hamiləlikdə qəbul etdiyi qidalarla bağlı allergik problemlər yaranır. Döl böyüdükcə qarın nahiyəsinin dərisi dartılır və həmin nahiyədə möhkəm qaşıntılar, səpkilər və stiriyalar əmələ gəlir. Bədəndə gedən dəyişikliklər nəticəsində dərialtı piqmentlər (melanin piqmenti) normadan çox ifraz olunanda bədən və üz nahiyəsində qəhvəyi ləkələr yaranır.

Mən həkim kimi xanımlarımızın daim sağlam və gözəl olmasını arzu edirəm. Qoy gözəl xanımlarımız daim səbirli və təmkinli olsunlar. 

Qadınlarda dəri xəstəlikləri
6 fevral 2013
GO BACK