Qadin.NET / Həmişə gənc qalın

Həmişə gənc qalın

Həmişə gənc qalın

1 çay qaşığı balı 1 stəkan suda həll edin. Soyuyandan sonra ona yarım limonun şirəsini əlavə edib axşamlar pambıqla  üzünüzə sürtün.

1 stəkan suya 1 çay qaşığı duz töküb həll edin. Ya barmaqlarınızla, ya da dəsmalın ucunu  bu məhlula batıraraq üzünüzü sanki, masaj edirsiniz kimi döyəcləyin.

1 yumurta ağını tam çalın və bir neçə damcı limon suyu əlavə edin. Bu məhlulu ya fırça, ya da əllə üzünüzə sürtün və quruyandan sonra yuyun.

Həftədə 2-3 dəfə əzvay şirəsində isladılmış tənzifi üzünüzə qoyun.

Kökü sürtgəcin xırda tərəfindən keçirib, üzərinə 1 çay qaşığı zeytun yağı, 1 yumurtanın ağını töküb yaxşıca qarışdırın.

Alınmış məhlulu üzünüzə və boğazınıza sürtün, quruyandan sonra yuyun. 

Həmişə gənc qalın

1 yumurta sarısı, 1 çay qaşığı xama, 1 çay qaşığı bitki yağını birgə həll edib,üzərinə 1 çay qaşığı suyla qarışdırın və üzünüzə sürtün.

15 dəqiqədən sonra yuyun.

1 yumurta ağının üzərinə 10-15 damcı komfora spirti  və yarım limon suyu tökub qarışdırın.

Üzünüzə sürtüb,15-20 dəqiqədən sonra ilıq suyla yuyun.

1 yumurta sarısının üzərinə 1 çay qaşığı bal əlavə edib qarışdırdıqdan sonra üzünüzə sürtün. 15 dəqiqədən sonra yuyun. 

Həmişə gənc qalın



23 yanvar 2013
GO BACK