Qadin.NET / Üzünüzü qocalmaqdan qoruyun

Üzünüzü qocalmaqdan qoruyun

Əziz xanımlar, bu dəfəki xəbərimdə sadə və edilməsi rahat olan maskalardan danışacağam. Hər bir xanım nə qədər baxımlı olsa,bir o qədər də gözəl görünər.

Üzünüzü qocalmaqdan qoruyun

Nar maskası

Yağlı xamadan 1 çay qaşığı götürüb,onu 1 xörək qaşığı nar şirəsi ilə qatın.Sonrakı maskalarda nar suyunu kök şirəsi ilə əvəz edə bilərsiniz.Nar güclü antioksidantdır və üz dərisini gözəl edir.

Üzünüzü qocalmaqdan qoruyun

Badamlı maska

Acı badamı qabaqcadan təmizləyib üstünə yarım stəkan isti su alın və 30 dəqiqəlik kənara qoyun.Sonra onu götürüb əzin.Badam əzməsinə bir az süd qatıb maska halına salın.Üzə çəkib 20 dəqiqə sonra ilıq su ilə yuyun.

Aloe maskası

Təzə aloe şirəsinə 1 çay qaşığı hər hansı qidalandırıcı krem qatın. Bu qarışığı yüngül döyəcləyici hərəkətlərlə barmaqların ucunda üzə və boyuna çəkin.20 dəqiqə sonra yumşaq salfetlə hopdurun.

Üzünüzü qocalmaqdan qoruyun

Sehirli vazelin və ya lanolin

2 çay qaşığı aloe şirəsinə 1 çay qaşığı vazelin və ya lanolin qatın. Hər ikisi satışda var. Bu qarışığı üzə çəkib 20 dəqiqə saxlayın,sonra ilıq su ilə yuyun.

Diqqət: Maska edib üzü yuduqdan sonra dərinizi dəsmalla silməyin. Qoyun özü qurusun.

Sonda hər birinizə daim gözəl olmağı arzulayıram.

16 fevral 2013
GO BACK