Qadin.NET / Üz dərisi üçün qidalandırıcı maskalar

Üz dərisi üçün qidalandırıcı maskalar

 

Üz dərisi üçün qidalandırıcı maskalar

 

 Hər bir xanım cavan görünmək, qırışsız dəriyə sahib olmaq istəyir. Əslində buna nail olmaq o qədər də çətin deyil. Sadəcə səbrli olub 30-35 yaşlı xanımlar müntəzəm olaraq bu maskalardan istifadə etməlidirlər.

Maskalar bahalı kremlər kimi 10-20 günə qırışları aradan qaldırmasa da, dərini canlandırmaqla yanaşı, müntəzəm tətbiq edildiyi zaman qırışları da aradan qaldıracaq. Bu maskalarla dərinizi uşaq dərisi kimi təravətli və parlaq olacaq. 


İlk maska üçün bizə lazım olacaq:

1 xörək qaşığı- zeytun yağı 

 1 çay qaşığı- zəy tozu

1 çay qaşığı- yumurta ağı

 Bu məhsulları bir-birinə yaxşıca qatıb 10 dəqiqə soyuducuda saxlayın. 10 dəq sonra maskanı soyuducudan çıxarıb üzümüzə, boynumuza tətbiq edirik. Maskanı dəridə 20 dəq saxladıqdan sonra ilıq su ilə yuyuruq. Unutmayaq ki, qırışlardan ötrü olan bütün maskalar uzanılı şəkildə tətbiq olunur. Həftədə 3 dəfə etmək yetərlidir. 

 

Üz dərisi üçün qidalandırıcı maskalar

 

2-ci maskanın tərkibi ilə tanış olaq:

1 yumurtanın ağı

10 damcı-qliserin

1 çay qaşığı-ağ gil

1 çay qaşığı- sirkə

5 damcı -badam yağı

 Məhsulları yaxşıca qarışdırırıq.Maskamız tam qarışdıqdan sonra isə üzümüzə və boynumuza çəkirik. 10 dəq. sonra isə ilıq su ilə yuyub yenidən prosesi təkrar edirik. Maska dəridən ilıq su ilə yuyularaq çıxarılır. Maskadan sonra mütləq üzə qidalandırıcı krem sürtülür. Həftədə ən çox 3 dəfə maskadan istifadə etmək olar.

 

 

3-cü maskanın tərkibi isə belədir:

 1 xörək qaşığı-qliserin

1 çay qaşığı- herkules

1 çay qaşığı- sirkə

1 çay qaşığı- portağal yağı

Məhsulları bir -birinə yaxşıca qarışdırırıq. Maska hazır olana kimi qarışdırırıq. Maskanı 20 dəq. üzdə saxladıqdan sonra yuyuruq. Həftədə 4 dəfə tətbiq etmək olar. Maskanı üzünüzdən ilıq su ilə yuyun. Maskanı üzdən təmizlədikdən sonra üzə gliserinlə masaj edilir. 


21 yanvar 2013
GO BACK