Qadin.NET / Gil maskasının faydaları

Gil maskasının faydaları

 
 Hər bir qadın gözəl dəriyə sahib olmaq istəyir .Gözəl və ləkəsiz dəri hər bir xanımın arzusudur. Neçə illər bundan qabaq gil maskasının adını eşitmişdim, amma faydalarından xəbərim yox idi. Hardasa 3-4 ildir ki, gil maskalarından istifadə edirəm və faydasını da görmüşəm. Belə faydalı maskaları istədim sizlərlə də bölüşüm. Bu gil maskalarından həmçinin selülitdə, sızanaqlarda və s. dəri xəstəliklərində də istifadə olunur. Gil həmçinin qan dövranını yaxşılaşdırır. Onun tərkibində 36 mineral və vitaminlər var. Əsasən dərinin rahat nəfəs almağnda və təmizliyində böyük rol oynayır. Gili sadəcə su ilə qataraq dəriyə tətbiq etmək olar.

 

Maska 1.
1 çay qaşığı ağ gil
 1 çay qaşığı buğda unu
  2 çay qaşığı süd (əgər dəridə sızanaq varsa su ilə qatın)
 4 damcı  badam yağı

 Bütün məhsulları bir qabda yavaş-yavaş qarışdıraraq bir-birinə qatın. Maskanın hazır olduğuna, yəni tam qarışdığına əmin olandan sonra üzünüzə sürtün. 10-dəq üzünüzdə saxladıqdan sonra  ilıq su ilə yaxalayın. Həfdədə 2 dəfə etməklə çox gözəl elastik və parlaq dəriyə sahib olacaqsınız.

Maska 2.
 1 xörək qaşığı gil
 1 çay qaşığı zeytun yağı
   3 damcı limon suyu
 1 çay qaşığı bal

 

Bunları yaxşıca qarışdırıb maskanı hazır edin. Bu maska da dərini çox elastik və təravətli edir. Həmçinin qırışlara da çox xeyirlidir. Maskanı 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Maska 3.

1 xörək qaşığı ağ gil

 1 çay qaşığı qreypfrut yağı

 1 çay qaşığı çobanyastığı yağı

Yarım çay qaşığı gül suyu

Bunları yaxşıca qarışdırıb maskanı hazır edin. 10 dəqiqə dəridə saxladıqdan sonra ilıq su ilə yuyulur və dəri təmizləndikdən sonra qliserinlə dəri yaxşıca masaj edilir.

                         Əziz xanımlar hər birinizə gözəl görsənməyi arzulayıram...

10 mart 2013
GO BACK