Qadin.NET / Dərimizi qorumağın təbii yolları

Dərimizi qorumağın təbii yolları

 

Dərimizi qorumağın təbii yolları

Hər bir qadın gözəl görünmək  və həmişə baxımlı olmağı arzu edir.Düzdür, mənim təqdim edəcəyim üsul sizə çox tanışdır.İstəyirəm ki, sizə bu dəfə meyvələrin dərimizə çox faydalı olmağı haqqında bir xəbər təqdim edim.

   Bir neçə faydalı tərəvəz və meyvə vardır ki, onlardan mütamadi istifadə etmək lazımdır.Əgər hər bir xanım gözəl dəriyə sahib olub,sağlam yaşamaq istəyirsə onda gəlin onlar haqqında məlumat toplayaq.

 

Dərimizi qorumağın təbii yolları

 

   Süd- tərkibindəki zəngin zülallarla dərini bəzi vitaminlərlə zənginləşdirir.Dərini yumşaldır.

 

Dərimizi qorumağın təbii yolları

 

   Kök- Beta-Carotene olmaqla,A, B, C, E, D vitaminləri ilə zəngindir.Dəriyə parlaqlıq və nəmlilik verər.

 

Dərimizi qorumağın təbii yolları

   Ərik- dəridə olan yüngül problemleri aradan qaldırır həmçinin sızanaqları da yox edir.Tərkibi A vitamini və minerallarla zəngindir.

   Buğda- E vitamini ilə zəngindir və ölü dərini təmizləyir dərini canlandırır.

   Bənövşə- həssas dəriyə sahib olan insanlar mütləq diqqət etməlidirlər.Tərkibindəki zülal mineral və amin turşuları ilə dərini cavanlaşdırır və təravətli görünüş verir.

 

Dərimizi qorumağın təbii yolları

 

    Yemişan- dərinin gec qocalmağına kömək edir.Dəridəki bəzi mikrobları da öldürə bilir.


 

    Zoğal- qan dövranını yaxşılaşdırır və dəriyə canlılıq, təravət bəxş edir.

    Portağal- yağlı dərini tənzimləyir dəriyə elastiklik və canlılıq verir..

 

Dərimizi qorumağın təbii yolları

   Qoz- dərini bəsləyir.Dəriyə elastik görünüş verir.Tərkibində olan yağlılıq  quru dəri üçün çox faydalıdır.

 

Dərimizi qorumağın təbii yolları

 

  Əziz xanımlar indi bu meyvələrin hər birini tapıb ala bilmərik, qış ayı olduğuna görə.Ona görə də bu meyvələrin yağını da tapıb istifadə edə bilərsiniz.Gündə 1 dəfə hər hansı meyvənin yağını üzünüzə və əlinizə çəkib gecəni yatsanız, səhər üzünüzün dərisinin çox yumşaq və təravətli olduğunu görəcəksiniz.

24 yanvar 2013
GO BACK