Qadin.NET / Sızanaqlara təbii yolla yox deyək

Sızanaqlara təbii yolla yox deyək

 

Sızanaqlar demək olar ki,  xanımların bir çoxunun ən ciddi problemlərindən biridir.Sızanaqlardan canımızı qurtarmaq isə o qədər də asan deyil. Bunun üçün bizə faydalı məlumatlar lazımdır. Bunlardan bir neçəsini sizə təqdim edirəm.Bildiyimiz kimi, sızanaqları tam və daxildən müalicə etmək lazımdır.Bunun üçün isə, məncə, təbii vasitələrdən istifadə etmək daha məqsədəuyğun olar.

Sızanaqlar həm də işlətdiyimiz kosmetikalar vasitəsilə də rahatca yayıla bilir. Buna görə də işlətdiyimiz kosmetik vasitələri diqqətlə seçməliyik.Təbii tonik hazılamaq və sızanaqlardan canımızı qurtarmaq üçün ən vacib vasitələrdən bir neçəsini sizə təqdim edirəm.

1 xörək qaşığı çobanyastığı (quru)

1 çay qaşığı adaçayı (quru)

1 çay qaşığı gicitkən otu (quru)

1 çay qaşığı zeytun yağı

1 çay  qaşığı sirkə

Bitkiləri iri fincana töküb üstünə qaynar su alın və ağzını örtün. 15-20 dəqiqə sonra həmin bitkilərin suyunu süzün. Süzdükdən sonra tünd rəngli şüşə qaba tökün. Üzərinə zeytunla sirkəni əlavə edib yarım saat soyuducuda saxlayın.Soyuducudan alınan toniki çıxarıb təmiz dəriyə çəkə bilərik.Hər istifadədən sonra tonik soyuducuya qoyulur və soyuq halda dəriyə tətbiq edilir.Toniki dəridə 1 saat saxlamaq olar. Dəridən ilıq su ilə yumaqla təmizləyə bilərsiniz. Bütün dəri növləri üçün tətbiq etmək olar.

1 çay qaşığı nanə (quru)

1 çay qaşığı sarıçiçək (quru)

1 çay qaşığı yarpız (daş yarpızı)

Yarım çay qaşığı sirkə

1 çay qaşığı zeytun yağı 

 Bitkiləri bir şüşə qabda dəmləyin.10-15 dəqiqə dəmləndikdən sonra sirkə ilə zeytunu alınan qarışığın içinə əlavə edərək yarım saat soyuducuda saxlayın. Soyuducudan toniki çıxardıqdan sonra təmiz dəriyə çəkmək lazımdır. Dəridə 20-25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq lazımdır.Bu toniklərin vasitəsilə siz həm sağlam dəriyə sahib olacaq, həm də sızanaqlardan canınızı qurtaracaqsınız.

11 fevral 2013
GO BACK