Qadin.NET / Üz üçün sınanmış maskalar

Üz üçün sınanmış maskalar

Hər bir xanım mükəmməl üz dərisinə sahib olmaq istəyir. Bu o qədər də çətin deyil. Sadəcə istəmək  və təmbəlliyin yaxasını buraxmaq yetərlidir..

 İndi sizə təqdim edəcəyim maskalar ev şəraitində rahat hazırlanır və üz dərisini mükəmməl formaya salır.

İlk maska problemli dəri üçün nəzərdə tutulub.

Bizə lazımdır:

 1 ədəd yumurtanın ağı,1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı nişasta

Bu qarışığı üzdə 15-20 dəqiqə saxlamaq lazımdır. Bu maskanı  2 gündən bir edin.

 

Üz üçün sınanmış maskalar

 

Digər maska isə dərini zədələnməkdən qoruyur, qara nöqtələri təmizləyir, həm də pilinq təsiri bağışlayır.

3 çay qaşığı bal, 2 çay qaşığı qatıq, 1,5 çay qaşığı herkules unu.

Bu maskanı da üzdə 10-15 dəqiqə saxlamaq lazımdır.


Nəzərinizə çatdırım ki, bu maskalardan özüm də istifadə edirəm və effektinə şahidəm. Siz də sınayın və məmnun qalın.


17 yanvar 2013
GO BACK