Qadin.NET / Dərimizi soyuqdan qoruyaq

Dərimizi soyuqdan qoruyaq

 

Dərimizi soyuqdan qoruyaq

 

            Şiddətli külək, xoşagəlməz rütubət və kəskin şaxtalarda, az müdafiə olunan üz dərisini necə qorumalı?

Bahar günəşini, gözəl üz dərisi ilə necə qarşılamalı? Bütün bu suallara cavab vermək üçün üz dərisinin soyuğa, şaxtaya, və

küləyə necə reaksiya verdiyini bilmək lazımdır.

 

1. Xüsusi olaraq soyuq mövsüm üçün nəzərdə tutulan kremlərdən istifadə edin.  Bitki və heyvan mənşəli yağların yüksək konsentrasiyası, dərinin səthində onu aşağı temperaturun və küləyin təsirindən qoruyan təbəqənin yaranmasına imkan verir.

Amma unutmaq olmaz ki,  “qış” kremləri yalnız aşağı temperatur üçün nəzərdə tutulur və insan uzun müddət isti yerdə qalan zaman həmin təbəqənin altında bakteriyalar fəal şəkildə çoxalmağa başlayır.  Ona görə də çöldən evə gələ kimi kremi yumaq və yumşaldıcı krem çəkmək yaxşı olar.

 

 

2. A,B,C vitaminləri, çaytikanı, yaşıl çay ekstraktı, aloye – qış dövrü üçün nəzərdə tutulan krem və maskaların tərkibində mütləq olmalıdır. Dəriyə qulluq vasitəsinin tərkibinə qara qarağat, üzüm çəyirdəyi, eləcə də adaotu və çobanyastığı ekstraktları da daxil ola bilər- onlar iltihab prosesinin qarşısını almaq üçün faydalıdır.


3.  Dəridə qabıqların əmələ gəlməsindən azad olmaq üçün skrabdan istifadə edin, amma unutmaq olmaz ki, qışda dəri daha həssas olur, ona görə üzün qabıqlarından təmizlənməsinə çox yol vermək olmaz. 

 

Dərimizi soyuqdan qoruyaq

 

4.  Qış vaxtı bürümələr, kompreslər  və pilinqlər xüsusilə məşhur olur. Lakin lazer  pilinqini havalar mülayimləşənədək təxirə salmaq lazımdır.

 Qışın soyuğu ilə təkbaşına mübarizənin nəticəsindən razı qalmadıqda mütəxəssis-kosmetoloqa müraciət edin.

 Məhz onlar ilin bütün fəsillərində üz dərisinə sağlam görkəm verməyin sirrini bilirlər!


20 yanvar 2013
GO BACK