Qadin.NET / Mükəmməl üz dərisinə sahib olmaq üçün 9 qayda

Mükəmməl üz dərisinə sahib olmaq üçün 9 qayda

Hər bir xanım gözəl və təravətli dəriyə sahib olmaq istəyir.Lakin bəzi xanımlar bu mövzuda şanslıdır,bəziləri isə yox.Bunun üçün üz dərisinə düzgün qulluq etmək lazımdır.Gözəl və hamar dəriyə sahib olmaq istəyirsinizsə,o zaman xəbərimi diqqətlə oxuyun))

Nələrə ehtiyacınız olacaq?

Nizam, intizam, dəri təmizləyicisi, töküntülər üçün yumşaq bir fırça, nəmləndirici krem

1. Yaxşı bir görünüşə sahib olmaq üçün dəriyə qulluğu  və təmizliyi nizamlı olaraq etməlisiniz.

2. Üz dərisinə qulluq məhsullarını almazdan əvvəl dəri tipinizi öyrənin. Dərinizin quru, yağlı, normal ya da qarışıq olub-olmadığını öyrəndikdən sonra sizə uyğun dəriyə qulluq məhsulunu istifadə edə bilərsiniz.

3. Gündə ən azı 2 dəfə üz dərinizə qulluq edin. Bunu səhər vəi yatmazdan əvvəl edə bilərsiniz.

Zamanla dərinizin təmizləndiyini və daha canlı göründüyünü fərq edəcəksiniz.

4. Dərinizdə təmizləyici qalıqların qalmadığından əmin olun. Yaxşı bir dəri təmizləmə məhsulu alın, dərinizə yavaş bir massajla tətbiq edin.

Çirklərin yaxşıca təmizləndiyindən, çox yağların alındığından əmin olun. Daha sonra dərinizi yaxşıca qurulayın.

5. Dəri nizamlayıcısı hər vaxt T bölgəsi (alın, burun və çənə) yağlı olan cildlər üçün lazımlıdır. Bu həddindən artıq parlaqlığa nəzarət edilməsini təmin edər.

 

 

6. Dəridə tökülmələr donuq bir görünüşə sahib olmağınıza səbəb ola bilər.

Bir ya da iki həftədə bir dəri səthinizdəki ölü hüceyrələri təmizləyin.Yumşaq fırçalar ilə həssas bir şəkildə dərinizi fırçalayın.

7. Nəmləndiricilər dərinizin yumşaq və gənc qalmasını təmin edər. Kiçik qırışıqlıqların və dərinizin qurumasının qarşını almaq üçün   dərinizə uyğun nəmləndirici krem  istifadə edə bilərsiniz.

 

 

Günəş şüalarından qoruyan SPF ehtiva edən nəmləndiriciləri seçin.

8. Vitaminlər bəslənməyinizi təşkil edib sizə enerji verə bilər. Əlavə olaraq dərinizi qoruyan yeməklərlə bəslənin.

Dərinizə faydalı meyvə və tərəvəzləri gündəlik bəslənmə siyahınıza əlavə edin.

9. Sağlam dəriyə sahib olmağın ən sürətli yolu gündəlik ehtiyacınız olan suyu içməyinizdir.

 

Kofein, qazlı içki, spirt kimi içkiləri içməyi tərgidin və su içməyə başlayın.

Hər vaxt yanınızda, avtomobildə, çantanızda ya da masanızda 1 şüşə su saxlayın. Suyun gücünü kiçik hesab etməyin.

13 dekabr 2012
GO BACK