Qadin.NET / Dəriniz çoxmu qurudur?

Dəriniz çoxmu qurudur?

 

Mövsüm dəyişikliyi dərimizin solmasına, quruluğun yaranmasına,dərinin sallanmasına,rəngin dəyişikliyinə,dəri səthindəki damarların genişlənməsinə səbəb olur.

 Hansı mövsümdə olursa-olsun, su içmək çox əhəmiyyətlidir.Su dərinin nəmini qorumaq üçün lazımdır.Dərini təmizləmək üçün keyfiyyətli məhsullardan istifadə etmək lazımdır.Həddindən çox aqressiv davranıldığı zaman xarici faktorlara qarşı müdafiəsiz qalan dəri, qoruyucu yağ təbəqəsini itirir.Dərinin gözəlliyi və canlılığı üçün ilk növbədə çoxlu maye qəbul etmək lazımdır.Yağlı dəridə mikrob çox olur.Onları təmizləmək üçün təbii vasitələrdən lazımınca istifadə etmək lazımdır.Xüsusilə yaşlılarda dərinin qurumasına tez-tez rast gəlinir.Daim dərini quru saxladıqda dəridə bir çox xəstəliklər əmələ gələ bilər.Quruluğu aradan qaldırmaq təbii yollarla alınmazsa onda mütləq həkimə müraciət etmək lazımdır.Quru dəriyə sahib olan insanlar tez-tez su içməli,yağlı kremlərdən istifadə etməli,çoxlu meyvə yeməli və pilling etdirməlidir.

 

İldırım,soyuq,nəm və havada çirklilik dəridə qızartılara,ekzemaya,dəridə yağlanmanın artmasına səbəb olur.Bu mənfiliklərlə mübarizə üçün bir neçə yollar var:Bəs görəsən ən asan üsüllar hansılardır?Əlbətdə ki, evdə tətbiq etdiyimiz maskalar və daxilə qəbul etdiyimiz siroplar.İndi isə sizə dəridə olan quruluğa qarşı bir maska və bir məcun təqdim edəcəm.Bunları səbirlə etsək inanın dərinizin quruluqdan canı qurtaracaq.

Maska:

1 xörək qaşığı-herkules

 1 çay qaşığı- zeytun yağı

 1 çay qaşığı-ağ gil

 1 neçə damcı- qara zirə yağı

Bunları yaxşıca qarışdırıb üzümüzə və boynumuza tətbiq edirik.10 -15 dəq dəridə saxladıqdan sonra isə ilıq su ilə yuyulur.Bu maska quru  və səpgili dəri növü üçündür.Ayda 3 dəfə bolluca sürtmək kifayət edir.Maskadan sonra isə dərini badam yaxud da nəmləndirici kremlə masaj edirik. 

Dəriniz çoxmu qurudur?

İndi isə keçək hazırlayacağımız siropa.Bu sirop hamınıza bəlkə də tanışdır.

Tərkibi:

1 xörək qaşığı-alma şirəsi

 1 xörək qaşığı- kök suyu

 1 xörək qaşığı-portağal suyu

 1 çay qaşığı- zeytun yağı

yarım çay qaşığı-  limon suyu

   Bunları qarışdırıb həm sirop kimi içə, həm də lasyon kimi üz dərinizə  sürtə bilərsiniz.Hər iki variantın ikisi də çox faydalıdır.Yalnız quru dəriyə sahib olan xanımlar istifadə edə bilər.

                                                                 Xanımlar, hər birinizə sağlam, gənc görünməyi arzulayıram!

1 aprel 2013
GO BACK