Dərinizin yağlı olduğunu necə bilərsiniz? Makiyajınız bir müddət sonra dağılırsa və üzünüzü yuduqdan qısa bir müddət sonra dəriniz yağlanıb parıldayırsa, tez-tez sızanaq və qara nöqtə problemi yaşayırsınızsa, üzünüzü kağıza sildiyinizdə kağızda yağlı bir təbəqə çıxırsa, o zaman dəriniz yağlıdır deməkdir.
Dərinizi doğru məhsulla təmizləyin
Məsamələri dərininə təmizləmək üçün tərkibində salisilik turşu olan bir dəri təmizləyici istifadə edin. Suyla istifadə edilən məhsulları seçin. Susuz istifadə edilən dəri təmizləmə losyonları yağlı dərilər üçün çox uyğun deyil.
Ayrıca sızanaq probleminiz varsa, problemli dərilər üçün xüsusi çıxarılmış yağsız təmizləyiciləri istifadə etməyinizdə fayda var.
Yay-qış günəş qoruyucusu
Bir çay qaşığı ölçüsündə günəş qoruyucu krem istifadə etmək, üzünüzdəki parlamağa və yağa nəzarət edər. Mineral əsaslı məhsullar seçməlisiniz. Məhsulun üzərində "alcohol denat" və ya "SD alcohol 40" yazanlar yağlı dərilər üçün uyğundur
Tonal krem yerinə pudra
Tonal krem, yağlı dərilər üçün çox doğru bir seçim deyil. Dərinin daha çox yağlanmasına səbəb olar. Ən yaxşısı silikon tərkibli rəngli bir nəmləndirici istifadə etməkdir.
Ayrıca həddindən artıq yağı özünə çəkən yağsız-mineral əsaslı pudralardan istifadə etmək ən ideal olandır.
A vitamini yüksək qidalardan bol istifadə edin
Spirt və ədviyyatlı qidalar, damarları genişlədər və tərlədər. Bu qidalardan istifadəni məhdudlaşdırın. Ən çox həftədə bir dəfə ədviyyatlı qida yeyin. Bunun yerinə qovun, kök və ispanaq kimi qidalardan istifadə edin.A vitamini yüksək olan qidalar yağlanmanı yavaşladar.
Necə bir dəri baxımı?
1) Həftədə bir peeling: Meyvə turşulu ola bilər.
2) Peeling sonrası maska: Gil ya da salisilik turşu tərkibli maska. İkisi yağlanmanın qarşısını alar.
3) Maska sonrası yağsız, su əsaslı nəmləndirici.
Yağlı dərilərin də nəmə ehtiyacı vardır, dəriniz yağlı deyə əsla nəmləndirici krem çəkməyə laqeyd yanaşmayın. Su əsaslı, yağsız nəmləndiriciləri seçin.
Gecə kreminə diqqət
Gecə kremi istifadə edirsinizsə, bunu losyona çevirin. Losyon istifadə edirsinizsə bunu nəmləndirici seruma çevirin. Məhsulun məzmununda salisilik və ya glikolik turşu, məsamə kiçildən kafenin və ya anti-inflamatuar Niacinamide olduğundan əmin olun.
Əhəmiyyətli bir nöqtə, burnunuza hər hansı bir şey sürtməyin. Orada kifayət qədər yağ hüceyrəsi var.
Yağ çəkici kağız
Üzünüzdəki yağın çoxluğunu kağız dəsmal kimi sərt səthlərlə silməyin. Sərt və basdıraraq üzü silmək dərinin daha çox yağ çıxarmasına səbəb olar.Üz üçün çıxarılmış yağı çox çəkən yumşaq kağızlardan istifadə edin.