Mən sizə qara nöqtələr üçün sadə ev maskası deyəcəm. Siz qara nöqtələri sadəcə 1 yumurta ilə apara bilərsiniz.
Dediyim kimi, sadəcə 1 yumurta lazımdır. Əvvəlcə yumurtanın sarısını ağından ayırırsınız. Bizə təkcə ağı lazım olacaq.
Üzümüzü yuyuruq, sonra qurulayırıq. Gözləyirik ki, üzümüz təmiz qurusun və sonra yumurtanın ağını üzümüzə yaxşıca yaxırıq. Sonra isə adi evdə işlətdiyimiz salfeti götürürük üz formasında kəsirik və üzümüzə, yəni yumurtanın uzərindən salfeti qoyuruq və yumurtanın ağını salfetin üzərindən yenə vururuq. Gözləyirik ki, tam qurusun. Quruduqdan sonra yavaş-yavaş çıxardırıq və həmin salfeti işığa tutanda qara nöqtələrin salfetə yapışdığını görürük. Sonra üzümüzü yaxşı yuyuruq. Əgər üzünüz həssasdırsa, nəmləndirici krem vurun. Əgər krem yoxdursa, çobanyastığı çayını dəmləyib üzə vururuq. Və sonda üzünüz daha parlaq, daha hamar olacaq.
Həmişə gözəl olun, əziz xanımlar.