Qadin.NET / Üzə qulluq qaydaları

Üzə qulluq qaydaları

 

   Üzə qulluq qaydaları

 

Üzü sabunla tez-tez yumağı tərgidin. Üzü sabunla həftədə 1-2 dəfədən çox yumaq məsləhət deyil. Çünki, sabun üz dərisini qurudur.

Bəs sabunu nə ilə əvəz etmək olar? 1 çay qaşığı kefirlə 1 çay qaşığı xörək duzunu qarışdırıb üzə və boyuna masaj hərəkətlərilə çəkmək lazımdır.

 

Bu qarışıq üzü təkcə dərindən təmizləməklə kifayətlənməyəcək, həmçinin dərinin kirlənmiş üst qatını aradan qaldıracaq.

Üstəlik cavanlaşdırıcı təsir də göstərəcək. Qarışığı səhərlər istifadə etmək  məsləhətdir.

   Unutmayın ki, dərini müntəzəm olaraq isti və qaynar si ilə yumaq onun təravətinin tez bir zamanda itirməsinə gətirib çıxarır.

 

 

  Əgər soyuq havadan sonra dəri quru və büzüşmüşsə, ev şəraitində isti vanna etmək olar. Dəsmalı isti sodalı suda və ya dəmlənmiş çobanyastığı suyuna batırıb, üzə qoymaq olar. 2-3 dəqiqədən sonra üzə 1 yumurta sarısı ilə 1 çay qaşığı A vitamininin qarışığını

(başqa hər hansı bir bitki yağı da olar) çəkin. 20 dəqiqədən sonra üzü əvvəl isti su, daha sonra isə soyuq su ilə yuyun.

 

 

14 oktyabr 2012
GO BACK