Bir çox xanımlar gözlərinin altında yaranan qaralma və şişkinliklərdən şikayət edirlər. Bu narahatlıqları aradan qaldırmaq üçün bahalı maskalardan istifadə etmək vacib deyil. Siz ev şəraitində əlinizin altında olan vəsaitlərdən istifadə etməklə gözlərinizə qulluq etmək üçün maskalar hazırlaya bilərsiniz. Sizlərə gözlərinizin gözəl görünməsi üçün göz ətrafında istifadə edilən maskaları təqdim edirəm.
Şişkinlik,qaralma və torba əleyhinə
Çiy kartofu sütgəcdən keçirin. Ona bir çay qaşığı süd və 2 çay qaşığı un qatıb qarışdırın.
Qırışlar üçün
50 qr badam yağına 10 qr E vitamini qatın. Döyəcləməklə gözün ətrafına yedirin. 5 dəqiqə keçdikdən sonra artıq yağı salfetə hopdurun.
Göz ətrafı üçün
1 xörək qaşığı balı 1 xörək qaşığı ələnmiş un və 1 yumurtanın ağı ilə qarışdırın.
Diqqət: Maskalar (yağ əlavə olunanlardan başqa) tənzifin arasında ehmalca gözün altına qoyulmalıdır. Maskadan sonra gözü dartmaq, sürtmək, su ilə bərk ovxalayıb yumaq olmaz!