Qadin.NET / Üzdəki qara nöqtələr və ləkələrin çarəsi

Üzdəki qara nöqtələr və ləkələrin çarəsi

 

Qara nöqtələr və üz bölgəsində yaranan ləkələrdən qurtulmaq üçün təbii mənşəli maskalar öyrənmək istəyirsinizsə, xəbərin ardını oxuyun... 

Üzümüzdəki məsamələrdə yaranan qara nöqtə və ləkələr tamamilə təbii üsullarla hazırlayacağınız üzə qulluq maskası ilə yox olacaq. Üz bölgəsində yaranan qara nöqtə və ya ləkələr üçün hazırlaya biləcəyiniz təbii maska reseptini təqdim edirəm:

Bir çay qaşığı qatığa 8-10 damcı limon sıxıb, bu qarışığı üzünüzə maska kimi sürtün. 1-2 saata qədər üzünüzdə qatığın qurumasını gözləyin və qatıqlı maska üzünüzdə quruduqdan sonra ilıq suyla üzünüzü durulayın. 

Bu qarışıq həm qara nöqtələr üçün, həm də ləkələr üçün çox təsirli və tamamilə təbii bir vasitədir.

 Bundan başqa,  mineral suyu buz qəliblərində dondurub, səhər-axşam üzünüzə sürtsəniz, dərinizdəki canlılığını və təravəti hiss edə bilərsiniz. 

Üzdəki qara nöqtələr və ləkələr üçün möcüzəvi maska ilə tanış olun. 

Tərkibi:

1 çay qaşığı gil 

    1 çay qaşığı pomidor suyu 

     2 damla ərik yağı

    2 damla portağal yağı

    2 çay qaşığı mineral su 

Bütün vəsaitlər qarışdırılır, hamar bir konsistensiyaya gətirilir. Üzdəki ləkələrə, ya da qara nöqtə olan bölgələrə sürtülür. Quruyana qədər gözləmək lazımdır. Sonra ilıq suyla yuyulur. Həftədə 2 dəfə tətbiq olunur.  

Üzdəki qara nöqtələr və ləkələrin çarəsi

Hamar və ləkəsiz bir dəriyə sahib olmaq hər qadının istəyidir. Sizə olduqca təsirli olan təbii bir üsuldan - soda və mayanın dəriyə faydalarından bəhs etmək istəyirik.

Tərkibi:

1 çay qaşığı yaş maya

1 çay qaşığı soda

10 damcı su 

Mayanın içərisinə sodanı qarışdırıb, 10 damcı su ilə isladın. Əldə etdiyiniz qarışığı üzünüzə sürtün və 15 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maska sayəsində məsamələr təmizlənəcək və dəridə olan ləkələrin rəngi zaman keçdikcə açılacaq.

Üzdəki qara nöqtələr və ləkələrin çarəsi

Əgər  qara nöqtələr sizi əsəbləşdirirsə, onların meydana gəlməsinə maneə törədəcək və yaranan qara nöqtələrdən xilas olacağınız bitki mənşəli maskanı yoxlayın. 

Tərkibi: 

    1 çay qaşığı balqabaq püresi

    1 çay qaşığı  bal

    1 çay qaşığı alma sirkəsi

    1 çay qaşığı un

    1 ədəd yumurta 

Qarışığı çəngəllə əzin və qarışdırın. Təmiz, quru dəriyə sürtün və 20 dəqiqə gözləyin. İlıq suyla yuyun. Bu müalicəni həftədə bir dəfə edin.  

Üzdəki qara nöqtələr və ləkələrin çarəsi 

Həkim  Pervin Bulgak da qara nöqtələr üçün türk qəhvəsi ilə edilən vasitə təqdim edib. 

Tərkibi: 

     1 desert qaşığı türk qəhvəsi

    1 desert qaşığı sızma zeytun yağı 

Bir kasaya 1 çay qaşığı qəhvəni töküb, üzərinə yağı əlavə edib qarışdırın. Dərisində yara və sızanaq olanlar tətbiq etməsin. Bu qarışığı bütün üzüzə çəkin. Əlinizlə yaxşıca yayın. 2-3 dəqiqə sonra soyuq suyla yuyun.

Normal və yağlı dərili insanlar bunu hər həftə tətbiq edə bilər. Həssas dərisi olanlar 15 gündən bir tətbiq etməlidir. Yuduqdan sonra həssas və normal dərisi olanlar üzlərini mineral su ilə tonik şəklində silə bilərlər.

Yağlı dərisi olanlar isə gül suyu ilə tonik etməlidirlər. 

Üzdəki qara nöqtələr üçün başqa bir maska: 

2 çay qaşığı qarğıdalı unu

1 desert qaşığı qatıq 

 Unu  və qatığı bir qabda qarışdırın. Göz ətrafınızdan başqa dekolte bölgəniz də daxil olmaqla, üzünüzə sürtün. Quruyana qədər gözləyin və üzünüzdən ovaraq çıxardın. Sonra dərinizi ilıq su ilə yuyun. Əgər bacarsanız, üzünüzü 5 dəqiqəyə  qədər çobanyastığı suyunun buxarına tutun. 

6 aprel 2016
GO BACK