Qocalıq,biz qadınların ən qorxduğu,amma qaçınılması mümkün olmayan gerçəyidir. Yaş ötür,il üstünə il,yaş üstünə yaş gəlir və hər gələn yeni yaş özüylə birlikdə bizim vücudumzda da izlərini buraxır. Saçlar ağarır,üzə qırışlar düşür və bu hallar da biz qadınları stresə salır.
Mən qocalıram?
Bu sualı yəqin ki, bir çox qadın üzünə düşən qırışların çoxaldığını hər dəfə güzgüyə baxanda özünə verib.Düzdür, biz indi elə bir zəmanədə yaşayırıq ki,ölümdən başqa bir çox şeyə çarə var,amma bəzən çarələrə də imkan yetmir.Yəni,təsəvvür edin ki,bir qadın üzündəki qırışlardan azad olmaq istəyir,amma buna yetəcək qədər pulu yoxdur.Çünkü kosmetoloqun yanına gedəndə bir seans üçün elə bir məbləğ istəyirlər ki,qarşı tərəfin o pulu ödəməyə imkanı yetmir. Bəs, neyləsin o qadın?
Belə vəziyyətdə təbii ki,köməyimizə təbiət yetişir.Allah bizə çox zəngin təbiət bəxş edib.Otlar,meyvələr,çiçəklər,bitkilər v.s.Biz insanlarda bunlardan gərək yetərincə istifadə edib faydalanaq.
Sizlərə Ebru Şallının hazırladığı Botokso (botoks) effekti yaradan bir maska təqdim etmək istəyirəm.Bu maska tərkibindəki vitamin və yaglarla dərini qırışlardan azad edib ona təravət və canlılıq verir.
Bunun üçün bizə lazım olanlar aşağdakılardır.
Yarım ədəd Avokado
1 ampul E vitamin
1 ç.q Kətan yağı
Avokado: Bu giləmeyvənin tərkibi üzvi turşular,minerallar ,dəmir,karotin,kalium, C və E vitamini ilə zəngindir.Avokado giləmeyvəsinin əsas keyfiyyəti isə cildi yeniləməsi və ona təravət verməsidir.
Kətan toxumu: Bu bitki tərkibindıki Omega 3 yağı ilə zəngindir.Hüceyrələri yeniləyir ,qırışıqlıqları açır və dərini canlandırır.
Əvvəlcə yarım avokadonu sürtgəcdən keçiririk. Daha sonra üzərinə 1 ç.q kətan toxumu yağı və 1 ampul E vitamini əlavə edirik.
Alınmış kütlə təmiz üzə çəkilir.Maska çəkildikdə bütün üzə, yəni gözaltı və dodaqlar da daxil olmaqla çəkilir. İstəsəniz boyun və əllərinizə də çəkə bilərsiniz. Gecə yatmazdan öncə və əl ilə üzə çəkilməyi daha məsləhətlidir.
Maska üzdə 20 dəqiqə qaldıqdan sonra ilıq su ilə yuyulur.