hide]
İllər keçdikcə dərimizdə incə xətt və qırışıqlar diqqətə çarpacaq dərəcədə bir vəziyyət almağa başlayır. İllərə dayan deyə bilməzsiniz- amma qırışıqlıqları gecikdirmək və qabağını alamaq sizin əlinizdədir.
Sizlərə evdə praktik şəkildə tətbiq edə biləcəyiniz qırışlar üçün nəzərdə tutulan bitki mənşəli təbii maskaları paylaşıram. Maskaları nizamlı bir şəkildə dərinizə tətbiq etdiyiniz zaman fərqi sizdə görəcəksiniz.
Cökə Maskası: Bir miqdar cökənin çiçək və yarpaqlarını əzin. Daha sonra süd və xiyar suyu əlavə edərək krem konsistensiyasına gələnə qədər yoğurun və gecə yatmadan əvvəl dərinizə yaxşıca çəkin. Bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.
Badam Yağı: Eyni miqdarda badam yağı, düyü unu və 1 yumurtanın sarısını bir qabın içində yaxşıca qarışdırın. Daha sonra krem konsistensiyasına gələnə qədər süd əlavə edərək yoğurun. Hazırladığınız kremi duşdan bir saat əvvəl dərinizə masaj edərək çəkin. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Qaymaqlı alma maskası: Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və üç qaşıq qaymağı mikserlə bir neçə dəqiqə qarışdırın. Qarışığı dərinizə yaydıqdan sonra təmiz bir bezlə üzünüzü bağlayın. Təxminən on dəqiqə gözlədikdən sonra maskanı silin və üzünüzü ilıq suyla təmizləyin.
Faydası: Qaymaq dərini yumşaldar, nəmləndirər və dəriyə elastiklik qazandırar. Qırışıqlara qarşı da təsirlidir. Alma isə dərinin canlı qalması üçün əhəmiyyətli bir qidalandırıcı rolunu oynayır.
[/hide]