Qadin.NET / Çillərdən azad ol

Çillərdən azad ol

Əziz xanımlar, üzünüzdəki çillərdən yaxa qurtarmaq istəyirsiniz? Çarəsi xəbərin ardında...

1.Heyvanın qabığını soyub, sürtgəcdən keçirib, tənzifdən süzün. Alınan şirə ilə üzünüzü silin. Boş vaxtlarınızda gündə neçə dəfə etməyinizdən asılı olmayaraq istifadə edə bilərsiniz. Heyva şirəsi çilləri inanılmaz dərəcədə ağardır və tədricən yoxa çıxardır.



 

 

2.Limon şirəsi, su və 1 çay qaşığı sirkəni qarışdırın. Əgər dəriniz qurudursa, qarışığa  bir az qliserin qatın. Alınan məhlulla üzünüzü silin.


 

 

3.1 baş soğanı sürtgəcdən keçirib, tənziflə sıxıb suyunu çıxardın.Soğan suyuna batırılmış pambıqla üzünüzü silin. Sonra üzə xama çəkib 10 dəqiqə gözləyin. Və sonda isti su ilə yuyun. 




14 fevral 2012
GO BACK