Qadin.NET / Qaşlar niyə tökülür?

Qaşlar niyə tökülür?

Bəziləri gur qaşlı olmağı istədiyi halda, bəziləri də nazik qaşlara sahib olmaq istəyir. Qaşlar üz ifadəmizi bəlli edən ən önəmli detaylardan biridir, bu səbəblə də onların sağlam olmasını istəyirik.


Zaman keçdikdə bəzi insanların qaşları azalmağa və ya tökülməyə başlayır. Bir çox sağlamlıq probleminin xəbərçisi olan qaş problemi niyə yaranır?
Yanlış qaş almaq qaşları tökür Müəyyən olunmuşdur ki, qaşa yanlış forma verməyə çalışmaq onun tökülməsinə səbəb olur, qaşlar küsür və tökülməyə başlayır.


Ən çox qadınlarda ortaya çıxır Bu problem təəssüf ki, ən çox qadınlarda ortaya çıxır. Qaş tökülməsinin bir çox səbəbi vardır. Bunlara stress, tük köklərinə təsir edən dəri xəstəlikləri, dərmanların əks təsirləri, hormon pozğunluğu və hipotiroid xəstəliyi kimi problemlər səbəb olur.


Qaşları ovuşdurmaq tökülməsinə səbəb olur. Bəzən stress səbəbi ilə də qaşlar tökülə bilər, onları həmişə ovuşdurmaq da tökülməsinə səbəb olan faktorlardandır.

12 yanvar 2021
GO BACK