Qadin.NET / Dərini təmizləyən və ağardan maska

Dərini təmizləyən və ağardan maska

 Karbonat (çay sodası) bir çox dəri probleminin müalicəsində istifadə edilə bilər.

Bu faydalı və ucuz vasitə dərini ölü hüceyrələrdən təmizləyir. Ölü hüceyrələrin dəri səthindən təmizlənməsi və yeni hüceyrələrin meydana gəlməsinə zəmin hazırlayır. Bu müddətdə dəri altındakı yeni hüceyrə inkişaflarına zərər vermir.  

Karbonat və su

Karbonat üzdə olan ölü hüceyrələri təmizləyir, kir və yağı aradan qaldıraraq aknelərin qarşısını alır, üzdəki tıxalı məsamələri açır. Bir az karbonat götürüb ilıq su ilə qarışdıraraq məcun halına gətirin, üzünüzə çəkin və yavaş-yavaş dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun.

Karbonat və üyüdülmüş yulaf

Karbonat və üyüdülmüş yulaf birləşməsi güclü üz təmizləyicisi ola bilər. Yulafa bərabər miqdarda su və karbonat əlavə edin. Üyüdülmüş yulaf su-karbonat qarışığının təxminən 1/6-i qədər olmalıdır. Yüngül, dairəvi hərəkətlərlə qarışımı üzünüzə sürtün. Bu, üzünüzü ölü hüceyrələrdən təmizləyəcək və göz altı torbaları aradan qaldıracaq. Ancaq qarışımı göz altına çəkəndə ehtiyatlı olun ki, gözünüzə düşməsin. Sonda üzünüzü ilıq su ilə yuyun.

Karbonat və limon

Karbonat və limon qarışımı dərini ölü hüceyrələrdən təmizlədiyi kimi, yaşla əlaqəli ləkələri azaldıb yağlanmanın qarşısını alır. Bu qarışımı hazırlamaq üçün 2 yemək qaşığı soda və 2 xörək qaşığı qara şəkəri bir qaba tökün, üstünə çıxana qədər limon suyu tökün. Vəsaitləri yaxşıca qarışdırın, üzünüzü yuyun və qarışımı yaş dəriyə çəkin. 10 dəqiqə saxlayın, sonra üzünüzü ilıq su ilə yuyun.

21 noyabr 2020
GO BACK