Qadin.NET / Tükləri sapla təmizləyirsinizsə...

Tükləri sapla təmizləyirsinizsə...

Bu ən populyar və həqiqətən çox effektli kosmetik proseduradır. Lakin bəzi qadınlara bu üsul uyğun gəlmir.

- Üzünüzdə səpgilər, sızanaqlar, irinliklər varsa, bu proseduradan istifadə etmək olmaz. Bu infeksiyanın daha da yayılmasına səbəb olacaq.

- Dərinizdə kapilyar toru (kuperoz) varsa, bu proseduradan imtina edin. Bu kapilyarların daha da genişlənməsinə səbəb olacaq.

- Dodaqlarda herpes zamanı prosedura tətbiq olunmur.

- Prosedura üçün yalnız təzə bağlı şəkildə satılan pambıq sapdan istifadə edin. Əks halda üzünüzdə səpgilər əmələ gələ bilər.

- Üzünüzdə iri xallar varsa, tükləri sapla təmizləməyin. Bu törəmələrin təsadüfən zədələnməsi çox təhlükəlidir və hətta ən ağır xərçəng forması olan melanomanın (dəri xərçəngi) inkişafına təkan verə bilər.

- Proseduradan əvvəl dərini yaxşı təmizləmək lazımdır. Əks halda dəridə iltihablar yarana bilər.

- Dərisi çox nazik və həssas olan xanımlar bu proseduradan imtina etməlidir.

12 oktyabr 2020
GO BACK