Qadin.NET / Yapon qadınlarından cavanlaşdırıcı maska

Yapon qadınlarından cavanlaşdırıcı maska

Yapon xanımlarınının üz dərisinin gözəl olması faktı əlbəttə ki, sirr deyil. Bu məlumatımızda sizə yaş - əleyhinə çox təsirli maska resepti təqdim edəcəyik. Maskanı tətbiq etdikdən sonra üzünüz, yumşaq, elastik, hamar və sanki farfor kimi parlaq olacaq. Mütləq yoxlayın!
1. Üzünüzü adi qaydada yuyun və saçlarınızı toplayın.


2. Qarışımı hazırlayaq: üz qırxmaq üçün istifadə olunan köpükdən 1 xörək qaşığı götürürük və ona yarım çay qaşığı soda əlavə edirik. Yaxşı qarışdırın.
3. Qazanda bir qədər su qaynadın və içərisinə çobanyastığı çiçəklərini əlavə edin.


Qazanı masanın üzərinə qoyun, üzərinə dəsmal çəkin və üzünüzü buxara verin. 5 - 7 dəqiqə prosesi yerinə yetirmək üçün kifayət edəcək.


4. Təmzilənmiş və yumşalmış sifətinizə haqqında məlumat verdiyimiz qarışımı asta şəkildə çəkin. Çalışın ki, göz və dodaq nahiyələrinizə toxunmasın.
Daha sonra isə hamam otağına gedin və isti suyu açın. Əlinizin altına yumşaq fırça yaxud da diş fırçası götürün.


Sonra yumşaq, lakin dinamik şəkildə üzünüzü təmizləməyə başlayın. Təmziləyərkən xüsusi diqqəti burun, burnun ətrafı və alın nahiyənizə diqqət yetirin.


Üzünüzü tamamilə təmizlədikdən sonra yuyun, dəsmalla incə şəkildə qurulayın və sonra krem çəkin.
Nəticə sizi heyran edəcək!

8 oktyabr 2020
GO BACK