Qadin.NET / Yediklərimiz dərimizə necə təsir edir?

Yediklərimiz dərimizə necə təsir edir?

Şirniyyat
Şəkər olan qidaları qəbul etmək,dəri qırışları, sallanmalar və çəki artımına səbəb olur. Dərinizi hamar, dolğun və sıx saxlayan kollageni şəkər qəbuluna görə azalda bilərsiniz.

Süd məhsulları
Dermatoloqlar süd və süd məhsullarının hormonların yağ istehsalını artıraraq dəridə sızanaq əmələ gəlməsinə səbəb olduğunu söyləyirlər. Süd qəbul etmək istəyirsinizsə, hindistan qovuzu südü və ya badam südü kimi təbii, bitki mənşəli məhsullar qəbul edə bilərsiniz.

Duzlu qidalar
Cips və kraker kimi duzlu qidalar, insanların sevimlisidir. Mütəxəssislər duzlu qidaların orqanizmin suyunu saxlamasına və damarların genişlənməsinə səbəb olduğunu söyləyirlər. 

16 sentyabr 2020
GO BACK