Qadin.NET / Üz dərisini ağartmaq üçün maskalar

Üz dərisini ağartmaq üçün maskalar

Maska 1

Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.

Maska 2

Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.

Maska 3

Bir qabın içinə qabıqlarını soyduğunuz bir ədəd pomidoru ikiyə doğrayın və blendr ilə yaxşıca püre halına gətirin. Üzərinə pasta halına gətirəcək qədər un tökün və qarışdırıb, tünd pasta halına gətirin. Bu qarışığı dodaqlarınız və göz ətrafınız xaricində bütün üzünüzə sürtün və quruyana qədər gözləyin. Ardından ilıq su ilə yuyun. Bu maskanı həftədə 3 – 4 gün gündə bir dəfə tətbiq edin. Zamanla həm dəri rənginizin açıldığını, dəri rənginizin ağardığını həm də üzünüzdə olan sızanaqların keçdiyini görəcəksiniz.

20 avqust 2020
GO BACK