Qadin.NET / Maska taxarkən dərini necə qorumalıyıq?

Maska taxarkən dərini necə qorumalıyıq?

Əl kremi istifadə edin
Həddindən artıq dizenfeksiya məhsulları dərinin təbii quruluşunu pozur. Bu dövrdə stress dəri problemlərinə səbəb olur. Qaşıntı, tərləmə, üzdə qızarma və maska istifadəsinə görə sızanaq kimi problemlər ortaya çıxır. Sızanaqların qarşısını almaq üçün gigiyenaya diqqət etmək lazımdır. Uzun müddət istifadə olunan maskaları tez-tez dəyişdirin. Bol-bol su için, əlləri hər yumadan sonra nəmləndirin. Su və sabunla təmizlik etdikdən sonra əl kremi istifadə edin.

Həddindən artıq makiyajdan qaçın

Maska istifadə edərkən əllər təmiz olmalıdır. Xüsusilə, dəri təmizliyinə diqqət etməlisiniz. Səhər və axşam yatmadan dəri təmizlədikdən sonra nəmləndirici istifadə edin. Dərini qurutmamaq üçün ilıq su ilə duş alın.

İsti günlərdən makiyajda həddi aşmayın. Həddindən artıq tonal krem istifadə etmək yerinə daha nazik tonal krem və ya günəş qoruyucusu istifadə edə bilərsiniz. Ədviyyatlı, acılı və isti içkilərdən uzaq olun. Mütəxəssislə məsləhətləşib nəmləndirici krem istifadə edin.


16 avqust 2020
GO BACK