Qadin.NET / Yaş maya maskası və faydaları

Yaş maya maskası və faydaları


Yaş mayanın faydaları

Hüceyrələri yeniləyən yaş maya maskası, hər dəri tipinə uyğundur.

- Zəngin B6 vitamini və protein mənbəyi olduğu üçün dərini yeniləyir.

- Dərini nəmləndirir və yağ miqdarını nizamlayır.

- Qara nöqtələrin və sızanaqların qarşısını alır.

- Dəridəki ləkələri yox edir, qırış kimi yaşlanma simptomlarını gecikdirir.

- Gözaltı qaraltılarını və göyləri üçün istifadə edilir. 

- Dərini toksinlərdən təmizləyir. 

Saça qulluq üçün də istifadə olunur
Yaş maya dəridən başqa saça qulluqda da istifadə olunur. Yağlanma, zəiflik və cansız görüntü kimi saç problemlərinin də qarşısını alır. Saç sağlamlığını diqqət etməyib, sadəcə yaş maya istifadə etsəniz nəticə əldə etmək çətinləşəcək.

Yaş maya maskası

1 yemək qaşığı yaş maya və 1 yemək qaşığı süd kasada qarışdırılır. Dəriyə çəkib qurumasını gözləyin, ilıq su ilə maskanı təmizləyin. Maskanı həftədə iki dəfə istifadə edə bilərsiniz. Dəri ləkələrinə və qara nöqtələrə qarşı faydalıdır.



3 avqust 2020
GO BACK